33-cü Rəbb günü Adi dövrdə “A”ili

Süleymanın Məsəlləri (31, 10-13. 19-20. 30-31) 

Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir, ərinin qəlbi ondan arxayındır, dayanmadan bərəkət qazanır. Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir, yunu, kətanı tapıb seçir, əlindən hər iş zövqlə gəlir. Əlləri ilə cəhrə əyirir, iyini bərkidir. Məzlumlar üçün əliaçıqdır, fəqirlərə əl tutur. Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. Ona əlinin bəhrəsini verin, qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.  Continue reading

32-ci Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 6, 12-16) 

Müdriklik par-par parıldayar və heç solmaz. Biliyi sevənlər onu asanca görürlər. Onu axtaranlar, onu tez tapar. Ondan ötrü darıxanlara Müdriklik özünü dərhal tanıdar. Kim erkən qalxıb onu axtarmağa gedərsə, yorulmaz. Onu qapısında oturmuş görər. Kim Müdriklik üçün oyaq qalsa, hüzura qovuşar. Müdriklik ona layiq olanları gəzib axtarar. Tapdıqda isə hər an gülər üzlə qarşılayar, bütün düşüncələrində onlara köməkçi olar.  Continue reading

31-ci Rəbb günü Adi dövrdə “A” ili

Peyğəmbər Məlakinin kitabından sözlər (Məlaki 1, 14.  2, 1-2. 8-10) 

Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.

«İndi, ey kahinlər, bu əmr sizin üçündür». Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz.  Continue reading

30-cu Rəbb günü Adi dövrdə “A”ili

Çıxış 22, 21-2

Rəbb deyir: Qərib adama nə haqsızlıq, nə də zülm etməyin, çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Heç bir dul qadına və yetimə əziyyət verməyin. Əgər bunlardan birinə əziyyət versəniz və o Mənə fəryad etsə, Mən hökmən fəryadını eşidəcəyəm. Qəzəblənib sizi qılıncdan keçirəcəyəm. Arvadlarınız dul, uşaqlarınız isə yetim qalacaq. Xalqıma, yanında yaşayan kasıba pul borc versəniz, onunla sələmçi kimi rəftar etməyin, üstünə sələm qoymayın. Əgər başqasının paltarını girov alırsınızsa, gün batandan əvvəl ona girovu qaytarın. Çünki bu paltar onun yeganə örtüyü və əyninin geyimidir. Bəs o adam yatanda nə ilə üstünü örtsün? O Mənə fəryad edəndə səsini eşidəcəyəm, çünki Mən lütfkaram.  Continue reading

29-cu Rəbb günü Adi dövrdə “A” ili

Yeşaya 45, 1. 4-6

29 sun1

Rəbb məsh etdiyi adama – sağ əlindən tutduğu Kirə belə deyir: «Onun önündə millətlərə baş əydirəcəyəm, padşahları qüvvətindən məhrum edəcəyəm, önündə qapıları açacağam, darvazalar qarşısında bir daha bağlanmayacaq. Qulum Yaqub nəsli, seçdiyim İsrail naminə səni adınla çağırıb hörmət göstərdim, halbuki sən məni tanımırdın. Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, halbuki Məni tanımırdın. Beləliklə, gündoğandan günbatana qədər qoy bilsinlər ki, Məndən savayı heç kim yoxdur, Rəbb Mənəm, başqası yoxdur.  Continue reading

28-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 25, 6-10a 

Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq. Bu dağda bütün xalqların üzərindəki duvağı, bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək. Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Rəbb belə söylədi. O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə sevinib şadlanaq!» Rəbbin əli bu dağın üstündə olacaq.  Continue reading

27-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 5, 1-7 

Sevgilimin üzüm bağı barəsində Məhəbbət nəğməsini oxuyuram: Torpağın məhsuldar bir təpəsində sevgilimin bir üzüm bağı var idi. O, torpağı belləyib daşları kənara atdı, seçmə meynələr əkdi, ortada gözətçi qülləsi tikdi, üzümsıxan düzəltdi, üzümlüyün barını gözlədi, amma bağ cır üzüm gətirdi. «İndi isə xahiş edirəm, ey Yerusəlimdə yaşayanlar, ey Yəhuda adamları, mənimlə üzüm bağımın arasında hakim olun! Bağım üçün daha nə etməliyəm?  Continue reading

26-cı Rəbb günü Adi dövrdə “A”ili

Yez 18, 25-28 

Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.  Continue reading

25-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 55, 6-9 

Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur. «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.  Continue reading

24-cü Rəbb günü Adi dövrdə A ili

Siraq kitabından sözlər (Siraq 27, 30; 28, 1-8) 

Kin və qəzəb, bunlar pis şeydir, hər ikisi də günahkar insanda olur. Qisas alan insandan Allah da qisas alacaq; Rəbb onun günahlarının hesabını ciddi şəkildə tutacaq. Sənə qarşı haqsızlıq etmiş olanı bağışlayırsan, sənin günahlarında dua etdiyin zaman bağışlanacaq. Bir insan başqasına qarşı kin bəsləyərsə, Allah tərəfindən bağışlanmağı necə istəyə bilər? Öz həmkarına yazığı gəlmirsə özü günahlarının bağışlanması üçün necə yalvara bilər?  Continue reading