25-ci Rəbb günü Adi dövrdə B ili

Müdriklik kitabından sözlər 2, 12. 17-20 Risultati immagini per 25th sunday in ordinary time 2018

Pislik düşünən insanlar öz aralarında belə deyirlər. “Dürüst insana tələ quraq, çünki o bizi narahat edir, həyat tərzimizə mane olur, Allahın əmrlərinə əməl etmədiyimiz üçün bizi tənqid edir və bizi ənənələri pozmaqda günahlandırır. Baxaq! Dedikləri düzdürmü? Görək onun axırı necə olacaq? Əgər bu dürüst insan Allahın övladıdırsa, Allah onun tərəfini tutacaq və onu düşmənlərinin əlindən xilas edəcək. Əzab verib işgəncə edərək onu sınayaq, bu şəkildə onun nəzakətini araşdıraq. Dözümlülüyünü yoxlayaq. Onu günahlandıraraq utanc verici bir ölümə məhkum edək, çünki onu qoruyacaqlarını iddia etmədimi?  Continue reading

24-cü Rəbb günü Adi dövründə B ili

Yeş 50, 5-9b  Image result for 24th sunday in ordinary time 2018

Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü, saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər?  Continue reading

23-cü Rəbb günü Adi dövrdə B ili

Yeş 35, 4-7b Risultati immagini per 23th sunday in ordinary time b year

Ürəklərində qorxanlara deyin: «Cəsarətlənin, qorxmayın! Budur, Allahınız intiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.  Continue reading

22-ci Rəbb günü Adi dövrdə B ili

Qanunun Təkrarı 4, 1-2. 6-8 Image result for 22nd sunday in ordinary time 2018

İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Continue reading

21-ci Rəbb günü Adi dövrdə B ili

Yeşua 24, 1-2a. 15-17. 18b Image result for lord you have the words of everlasting life

Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək». Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun! Continue reading

20-ci Rəbb günü Adi dövrdə B ili

Süleymanın Məsəlləri 9, 1-6 Image result for bread of life

Hikmət evini qurub, yeddi dirəyini yonub, heyvanlarını kəsib, şərabını hazırlayıb, süfrəsini də düzəldib. Göndərdiyi kənizlər şəhərin uca yerlərindən car çəkərlər: «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: «Gəlin, çörəyimdən yeyin, hazırladığım şərabdan için. Cəhaləti atın, ömür sürün, idrak yolları ilə düz gedin».
Continue reading

19-cu Rəbb günü Adi dövrdə B ili

1 Kr 19, 4-8 Image result for 19th sunday in ordinary time 2018

İlyas özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».

O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.  Continue reading

17-ci Rəbb günü Adi dövrdə B ili

2Padşah 4, 42-44 Related image

Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk bəhərdən iyirmi kömbə arpa çörəyi və öz məhsulundan sünbüllər gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər». Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”». Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.
Continue reading

16-cı Rəbb günü Adi dövrdə B ili

Yeremya 23, 1-6 Related image

Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qeydinə qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qeydinə qalacağam» Rəbb belə bəyan edir. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Continue reading