3-cü Rəbb günü Adi dövrdə “B”ili

Yunus 3, 1-5. 10 http://2.bp.blogspot.com/-u6a0QDHe_Lc/Txl_Ge8FKRI/AAAAAAAAD3s/q2Mmz6zs2OE/s1600/fishers-on-men.jpg

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. Continue reading

2-ci Rəbb günü Adi dövrdə “B”ili

1 Şam 3, 3b-10. 19 https://i0.wp.com/www.catholicforlife.com/wp-content/uploads/2018/01/Behold-the-lamb..jpg?fit=527%2C640&ssl=1

Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi.

Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi.

Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi.

Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı. Continue reading

İsa Məsihin vəftizi bayramı “B ili”

Yeş 42, 1-4. 6-7 

Budur, Mənim saxladığım, ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək. «Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.  Continue reading

EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6) 

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.  Continue reading

Məryəm Ananın bayramı

Siyahıyaalınma 6, 22-27 

Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sizə xeyir-dua verib sizi qorusun; Rəbb Öz nurlu üzünü sizə göstərərək lütf versin. Rəbb üzünü sizə tərəf çevirsin, sizə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».  Continue reading

Müqəddəs Ailə Bayramı “B” ili

Gn 15, 1-6; 21, 1-3 

Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».

İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».

Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.  Continue reading

Milad bayramı (gündüz)

https://i.pinimg.com/736x/21/12/1e/21121e5e31a62007db4a862c06b0f18d--christmas-nativity-scene-christmas-jesus.jpg

Yeş 52, 7-10

Sülh xəbəri gətirən, dağları aşıb-gələn Müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.

Qulaq asın! Keşikçilər səslərini ucaldır, birlikdə mədh oxuyur, çünki Rəbbin Siona qayıdışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik edin, birlikdə mədh oxuyun, çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Rəbb bütün millətlərin gözləri önündə müqəddəs qolunu çırmaladı, dünyanın bütün ucqar yerləri Allahımızın gətirdiyi xilası görəcək.
Continue reading

Milad bayramı (gecə)

 

 

 

http://www.scriptureandprophecy.com/wp-content/uploads/2017/12/Christmas-Natvitiy.jpg

Yeş 9, 2-4. 6-7

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət Onun çiyinləri üzərində olacaq, Onun adı ecazkar, məsləhətçi, qüdrətli Allah, əbədi Ata, əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Continue reading

4-cü Rəbb günü Advent dövründə “B ili”

2 Şam 7, 1-5. 8b-12. 14a. 16 http://gbod-assets.s3.amazonaws.com/legacy/kintera-images/worship/Worship_Advent-Wreath4_2015.jpg

Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir http://cdn.dominicans.ie/wp-content/uploads/2011/12/henry_ossawa_tanner_-_the_annunciation.jpgçadırda qalır». Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
Continue reading

Milad Bayramı 2017, dua cədvəli

24. Dekabr 2017 (Bazar günü), 4-cü Rəbb günü Advent dövründə
9:30 / 11:00 / 13:00 Müqəddəs messalar (rusca, ingiliscə, rusca)

24. Dekabr 2017 (Bazar günü), Milad ərəfəsi
21.00 Müqəddəs messa (rusca)
24:00 Müqəddəs messa (ingiliscə)

25. Dekabr 2017 (Bazar ertəsi), Milad Bayramı (İsa Məsihin doğulması)
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)
19:00 Müqəddəs messa (rusca & ingiliscə)

31. Dekabr 2017 (Bazar günü), Müqəddəs Ailə Bayramı
  9:30 Müqəddəs messa (rusca)
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)

1. Yanvar 2018 (Bazar ertəsi), Məryəm Ananın Bayramı
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)
19:00 Müqəddəs messa (rusca & ingiliscə)

5. Yanvar 2018 (Cümə günü), Epifaniya Bayramın ərəfəsi
19:00 Müqəddəs messa (rusca) (Gənclik)
19:00 Müqəddəs messa (ingiliscə) (Xətai)

6. Yanvar 2018 (Şənbə günü), Epifaniya Bayramı (Rəbbin zühuru)
14:00 Rozari & Müqəddəs messa (rusca)
18:00 Müqəddəs messa (ingiliscə)