20-ci Rəbb günü Adi dövrdə B ili

Süleymanın Məsəlləri 9, 1-6 Image result for bread of life

Hikmət evini qurub, yeddi dirəyini yonub, heyvanlarını kəsib, şərabını hazırlayıb, süfrəsini də düzəldib. Göndərdiyi kənizlər şəhərin uca yerlərindən car çəkərlər: «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: «Gəlin, çörəyimdən yeyin, hazırladığım şərabdan için. Cəhaləti atın, ömür sürün, idrak yolları ilə düz gedin».
Continue reading

19-cu Rəbb günü Adi dövrdə B ili

1 Kr 19, 4-8 Image result for 19th sunday in ordinary time 2018

İlyas özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».

O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!» İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib içdi və yenə yuxuya getdi. Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən». O qalxdı və yeyib içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.  Continue reading

17-ci Rəbb günü Adi dövrdə B ili

2Padşah 4, 42-44 Related image

Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk bəhərdən iyirmi kömbə arpa çörəyi və öz məhsulundan sünbüllər gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər». Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”». Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.
Continue reading

16-cı Rəbb günü Adi dövrdə B ili

Yeremya 23, 1-6 Related image

Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qeydinə qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qeydinə qalacağam» Rəbb belə bəyan edir. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Continue reading

15-ci Rəbb günü Adi dövrdə B ili

Am 7, 12-15 Image result for 15th sunday in ordinary time year b

Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və səltənətin məbədidir». Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.
Continue reading

14-cü Rəbb günü Adi dövrdə B ili

Yez 2, 2-5 Image result for Jesus son of carpenter

O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
Continue reading

13-cü Rəbb günü Adi dövrdə B ili

Müdriklik 1, 13-15; 2, 23-24 Image result for 13th sunday in ordinary time year b
Allah ölümü yaratmayıb, yaşayanların məhvinə sevinmir. Çünki O, hər şeyi varlıq üçün yaradıb, dünyadakı hər şey əmin-amanlıq üçündür. Tamamilə öldürücü bir zəhər yoxdur, ölülər diyarı da yer üzündə hökmranlıq etmir. Ədalət ölməzdir. Allah insanı ölməzlik üçün yaratmışdı, onu Öz əbədi varlığının surəti etmişdi. Lakin iblisin paxıllığı dünyaya ölüm gətirdi, onun payına aid olanlar bunun acısını çəkirlər. Continue reading

Yəhya vəftizçinin doğulması

Yeşaya 49, 1-6Image result for john baptising elizabeth

Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi, O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır».  Continue reading

11-ci Rəbb günü Adi dövrdə B ili

Yez 17, 22-24 Image result for 11th sunday in ordinary time year b

Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından zərif bir budaq qoparacağam, onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, budaqlarının kölgəsində yuva quracaq. Bütün çöl ağacları biləcək ki, hündür ağacı Mən, Rəbb alçaltdım, alçaq ağacı yüksəltdim, yaşıl ağacı qurutdum, quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.  Continue reading