4-cü Rəbb günü Adi dövrdə “A”ili

Sof 2, 3; 3, 12-13 

Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki təvazökar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! Təvazökarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz. 

Sizin aranızda təvazökarları, məzlumları saxlayacağam, onlar Rəbbin adına güvənəcək. İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, çünki onlar qarnı tox yatacaq, onları qorxudan olmayacaq».

Z 146, 6c-7. 8-9a. 9b-10

Nəqarat: «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Səltənət onlarındır.

Odur əbədi sadiq qalan.

O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir.

Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir.

Rəbb qəriblərə dayaq olur.

Yetimi, dul qadını ayağa qaldırır, pislərinsə yollarını dolaşdırır.

Rəbb əbədi hökmranlıq edir, ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!

1 Kor 1, 26-31

Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin. Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və azadlıq oldu. Buna görə yazıldığı kimi, «öyünən Rəblə öyünsün».

Mt 5, 1-12a

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi:

«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Səltənət onlarındır.

Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq.

Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.

Nə bəxtiyardır salehlik üçün acıb susayanlar! Çünki onlar doyacaq.

Mərhəmətli olanlar nə bəxtiyardır! Çünki onlara mərhəmət ediləcək.

Ürəyi təmiz olanlar nə bəxtiyardır! Çünki onlar Allahı görəcək.

Sülhyaradanlar nə bəxtiyardır! Çünki onlar Allahın övladları adlanacaq.

Salehlik uğrunda təqib edilənlər nə bəxtiyardır! Çünki Səmavi Səltənət onlarındır.

İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız.

Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Sizdən qabaq peyğəmbərləri də belə tə’qib ediblər.

Salehlik uğrunda təqib edilənlər nə bəxtiyardır! Çünki Səmavi Səltənət onlarındır.

İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız.

Comments are closed.