6-cı Rəbb günü Adi dövrdə “A”ili

Sir 15, 16-21 http://invivomagazin.sk/admin/obrazky/297979228jj.jpg

İstədiyim vəziyyətdə, Rəbbin əmrlərinə əməl edirsən: Ona sadiq qalmaq sənin əlindədir. Su və atəş sənin önünə qoyulmuşdur. Hansını istəyirsən əlini ona uzat. Həyat və ölüm insanın qabağında durmaqdadır: İstəyinə görə ona biri və ya o biri veriləcək. Çünki Rəbbin bilgisi dərin və ucadır. O qüvvətli və qüdrətlidir: hər şeyi görür. Rəbb onu tanıyanlara gözlərini çevirir və insanların bütün elədiklərini bilir. Kiməsə pis olmağı əmr etməmiş, kiməsə günah işlətməsi icazəsini verməmişdir.

Z 119, 1-2. 4-5. 17-18. 33-34

Nəqərat: Nə bəxtiyardır Rəbbin qanununa görə yaşayanlar.

Nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar.

Nə bəxtiyardır Onun öyüdlərinə əməl edənlər, bütün qəlbi ilə Onu axtaranlar.

Sən qayda-qanunlarını qoydun, bunlara bağlı qalmağı buyurdun.

Sənin qaydalarına bağlı qalmaq üçün kaş tutduğum yolda möhkəm olaydım.

Quluna comərdliyini göstər, qoy yaşayım və sözünə bağlı qalım.

Gözlərimi aç ki, Qanununun xariqələrini görüm.

Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət, onlara axıradək əməl edəcəyəm.

Mənə ağıl ver, qanununa görə yaşayım, bütün qəlbimlə ona bağlanım.

1 Kor 2, 6-10

Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik nə indiki dövrün, nə də bu dövrün fani hökmdarlarının müdrikliyi deyil. Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. Amma necə ki yazılmışdı: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə də qulaq eşidib, nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır.

Mt 5, 17-37

Sanmayın ki, Mən Qanun və peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Doğrusunu sizə deyirəm, göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Səltənətdə ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarını öyrədərsə, Səmavi Səltənətdə böyük sayılacaq. Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərinkindən artıq olmasa, Səmavi Səltənətə əsla girə bilməzsiniz.

Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm ki, qardaşına və bacısına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Rəqibinlə yolda ikən tez razılaş ki, rəqibin səni hakimə, hakim də səni məmura verməsin və zindana atılmayasan. Doğrusunu sənə deyirəm, axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

Zina etmə” deyildiyini eşitmisiniz. Mən sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar, at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. Mən isə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəblə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

Yenə qədim zamanlarda adamlara “yalandan and içmə və andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; nə yerə, çünki yer Onun ayaqları üçün kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

Save

Comments are closed.