6-cı Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 8, 5-8. 14-17 

Filip də Samariya şəhərinə gəlib oradakılara Məsih barədə bəyan edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar sağalırdı. Ona görə bu şəhərdə bol sevinc var idi. 

Yerusəlimdə qalan həvarilər Samariyalıların Allah kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı da onların yanına göndərdi. Peterlə Yəhya oraya çatanda dua etdi ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsın. Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydu və onlar Müqəddəs Ruhu aldı.

Z 66, 1-3a. 4-5. 6-7a. 16+20

Nəqarat: Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin.

Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin, şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin! Siz Allaha belə deyin: «əməllərin nə qədər zəhmlidir!

Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Gəlin, Allahın işlərini, bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.

Dənizi quruya çevirdi, çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək! Qüdrəti ilə əbədi səltənət sürər.

Ey Allahdan qorxanlar, gəlin, dinləyin, Onun mənə nə etdiyini sizə bəyan edim. Alqış olsun Allaha! Duamı rədd etmədi, məndən məhəbbətini əsirgəmədi!

1Pt 3, 15-18

Fəqət Məsihi Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazir olun. Amma vicdaninizi təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə sürdüyünüz yaxşi həyat tərzinə görə təhqir edənlər sizə atdiqlari böhtandan utansinlar. Əgər Allahin iradəsi budursa, yaxşiliq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşidir. Çünki saleh olan Məsih də salehlik etməyənlər uğrunda, onlarin günahlari üçün bir dəfə əzab çəkdiy ki, sizi Allahin hüzuruna gətirsin. O cismən öldürülmüş, amma ruhən həyata qovuşmuşdur.

Yəh 14, 15-21

Əgər Məni sevirsinizsə, əmrlərimə əməl edərsiniz. Mən də Ataya yalvaracağam ki, sizə daim sizinlə olacaq başqa bir Vəsatətçi göndərsin. O, Həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu görmür və tanımır. Sizsə Onu tanıyırsınız, çünki sizin yanınızda qalır və daxilinizdə olacaq. Sizi yetim qoymaram, yanınıza gələcəyəm. Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. Kim əmrlərimə bağlı qalıb əməl edirsə, Məni sevir. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm».

Save

Comments are closed.