EVXARİSTİYA BAYRAMI

Qan Tək. 8, 2-3. 14b-16a 

Musa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, qürurunuzu qırsın sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü sındırmaq üçün sizi ac qoydu, sonra isə sizin, atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər. Diqqət edin ki, sizi Misir torpağındanköləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. 

Rəbb sizi o böyük qorxunc səhrada, zəhərli ilan əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı.

Z 147, 12-13. 14-15. 19-20

Nəqarat: Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!

Ey Yerusəlim, Rəbbi mədh et! Ey Sion, Allahına həmd et!

Çünki darvazalarının cəftələrini bərkidər, sənin əhalinə bərəkət verər.

Sərhədinə əmin-amanlıq, sənə doyunca əla taxıl yetirər.

Kəlamını yer üzünə yollar, Onun sözü tez yayılar.

O, Yaqub nəslinə sözlərini, İsraillilərə qanun hökmlərini bildirir.

Başqa millətlər üçün belə etməyib, h birinə hökmlərini bildirməyib. Rəbbə həmd edin!

1 Kor 10, 16-17

Şükür etdiyimiz şükran kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? Madam ki, çörək birdir, deməli çox olan bizlər bir bədənik; çünki hamımız bir çörəkdən pay alırıq.

Yəh 6, 51-58

Mən göydən enmiş olan, həyat bəxş edən çörəyəm; əgər bir adam bu çörəkdən yeyərsə, əbədi yaşayacaqdır. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir.» Buna görə yəhudilər: «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyə bir-biriləri ilə mübahisə etməyə başladılar. İsa isə onlara dedi: «Sizə doğrusunu, doğrusunu deyirəm: İnsan Oğlunun ətini yeyib, qanını içmədikcə, daxilinizdə həyat olmaz. Mənim ətimi yeyib, qanımı içənin əbədi həyatı vardır; Mən onu son gündə dirildəcəyəm.

Çünki Mənim ətim həqiqi qida qanım həqiqi içkidir. Mənim ətimi yeyib, qanımı içən Məndə yaşar Mən onda.

Diri olan Ata Məni göndərdiyi, Mən Ata vasitəsi ilə yaşamaqda olduğum kimi, Məni yeyən Mənim vasitəmlə yaşayacaqdır.

Bu, göydən enmiş çörəkdir, atalarınızın yediyi manna kimi deyildir. Onlar öldülər; bu çörəyi yeyən əbədi yaşayacaqdır.»

Comments are closed.