13-cü Rəbb günü Adi dövrdə A ili

2 Pad 4, 8-11, 14-16a 

Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. 

Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır». Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu. Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq».

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Zəbur 89

Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam

Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam,
Sənin sədaqətini dilim hər nəslə deyəcək.
Deyirəm ki, məhəbbətin əbədiyaşardır,
Sədaqətin göylər qədər sarsılmazdır.

Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm,
Qulum Davud üçün belə and içmişəm:
“Mən nəslini əbədi sarsılmaz edəcəyəm,
Sülaləni taxtında sonsuzadək yaşadacağam”».

İsminə görə daim sevinirlər, salehliyinə görə şərəfə çatırlar.
Onların ehtişamı, qüvvəti Sənsən. Sənin lütfündən gücümüz artır.

 

Rom 6, 3-4, 8-11

Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik? Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.

Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.

Bu Allahın Kəlamıdır. * M: Allaha şükürlər olsun.

Alleluya!

Siz seçilmiş nəsil, Padşahın Keşiş dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. (1Peter 2, 9) Alleluya!

Alleluya!

Mt 11, 25-30

K: Rəbb sizinlə olsun. * M: Və sənin ruhunla.
K: Müqəddəs Mattanın Müjdəsindən İsa Məsihin sözləri. *
M: Şan-şərəf Rəbbindir.

Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq». 

K: Bu Rəbbin Kəlamıdır. * M: Rəbb İsa Məsih, Sənə həmd olsun.

Comments are closed.