4-cü Rəbb günü Advent dövründə “B ili”

2 Şam 7, 1-5. 8b-12. 14a. 16 http://gbod-assets.s3.amazonaws.com/legacy/kintera-images/worship/Worship_Advent-Wreath4_2015.jpg

Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir http://cdn.dominicans.ie/wp-content/uploads/2011/12/henry_ossawa_tanner_-_the_annunciation.jpgçadırda qalır». Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».

Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu: «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən? Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər. Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».

Z 89, 1-2. 3-4. 26+28

Nəqarat: Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam.

Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam, Sənin sədaqətini dilim hər nəslə deyəcək. Deyirəm ki, məhəbbətin əbədiyaşardır, Sədaqətin göylər qədər sarsılmazdır.

Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm, qulum Davud üçün belə and içmişəm: “Mən nəslini əbədi sarsılmaz edəcəyəm, sülaləni taxtında sonsuzadək yaşadacağam”».

Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan, məni xilas edən Qaya Sənsən!”

Ona daim məhəbbətimi göstərəcəyəm, sadiq qalıb əhdimi pozmayacağam.

Rom 16, 25-27

Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə təbliğə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir; bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir; o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.

Lk 1, 26-38

Elizavetin hamiləliyinin altıncı ayı idi. Mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi.

Mələk onun yanına gəlib dedi: “Salam, ey lütfə nail omuş qız, Rəbb səninlədir”.

Məryəm bu sözlərdən çaşıb qaldı və ürəyində bu salamın nə demək olduğu barədə düşündü.

Mələk ona dedi: “Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq hökm edəcək və Onun Səltənətinin sonu olmayacaq”.

Məryəm mələyə dedi: “Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm”.

Mələk cavabında ona dedi: “Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur”.

Onda Məryəm dedi: “Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun”.

Mələk onu tərk edib getdi.

Comments are closed.