3-cü Rəbb günü Adi dövrdə “B”ili

Yunus 3, 1-5. 10 http://2.bp.blogspot.com/-u6a0QDHe_Lc/Txl_Ge8FKRI/AAAAAAAAD3s/q2Mmz6zs2OE/s1600/fishers-on-men.jpg

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.

Z 25, 4-5b. 6+7bc. 8-9

Nəqarat: Ya Rəbb, yollarını mənə göstər.

Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət.
Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm.

Ya Rəbb, əzəldən bəri var olan! Mərhəmətini, məhəbbətini yada sal.
Məni məhəbbətin naminə, ya Rəbb, xeyirxahlığına görə yada sal!

Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir.
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.

 

1 Kor 7, 29-31

Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi, bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.

Mk 1, 14-20

Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini vəz edirdi: «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».
İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

Comments are closed.