PASXA BAYRAMI

Image result for resurrection

Həv İş 10, 34a. 37-43

Peter sözə başlayıb dedi: Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu ağaca mıxlayıb öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi.

Bunu aydın göstərdi, lakin İsa bütün xalqa deyil, Allahın əvvəlcədən seçdiyi şahidlərə – ölümdən dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə göründü. Bizə isə əmr verdi ki, “Allah Onu ölülərlə dirilərin Hakimi təyin edib” deyə bunu xalqa şəhadət etməklə təbliğ edək. Buna aid bütün peyğəmbərlər təsdiq edib ki, Ona inanan hər kəsin günahı Onun adı ilə bağışlanır».

Z 118, 1-2. 16ab+17. 22-23

Nəqarat: Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək! Aleluya!

Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!

Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!»

Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!»

Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.

Bənnaların rədd etdiyi daş guşədaşı olub.

Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir.

Kol 3, 1-4

Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.

Yəh 20, 1-9

Həftənin ilk günü tezdən hələ qaranlıq ikən Məcdəlli Məryəm məqbərənin yanına gəldi. O gördü ki, daş məqbərənin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi məqbərədən aparıblar və hara qoyulduğunu bilmirik». Peterlə o biri şagird bayıra çıxıb məqbərəyə tərəf getdi. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca məqbərəyə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin yana salındığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib məqbərəyə girdi. O, yana salınmış kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda məqbərənin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. Çünki İsanın mütləq ölümdən diriləcəyini bildirən Müqəddəs Yazını onlar hələ anlamırdı.

Comments are closed.