4-cü Rəbb günü PASXA dövründə B ili

Həv İş 4, 8-12 Image result for 4th sunday of easter

O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın başçıları və ağsaqqalları! Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə şəfa tapmasına görə sorğu-suala çəkiliriksə, hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülərdən diriltdiyi Nazaretli İsa Məsihin adı ilə sağalıb və qarşınızda durub. Siz “bənnaların rədd etdiyi daş”, amma “guşədaşı” olan həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».

Z 118, 1+8-9. 21-23. 26+28-29

Nəqarat: Bənnaların rədd etdiyi daş guşədaşı olub.

Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!

Rəbbə pənah gətirmək insana güvənməkdən yaxşıdır.

Rəbbə pənah gətirmək əsilzadələrə güvənməkdən yaxşıdır.

Ya Rəbb, Sənə şükür edirəm, çünki cavab verərək məni xilas etmisən!

Bənnaların rədd etdiyi daş guşədaşı olub.

Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir.

Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk.

Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm!

Rəbbə şükür edin, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!

1 Yəh 3, 1-2

Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik!Dünya Onu tanımadığına görə bizi də tanımır. Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.

Yəh 10, 11-18

Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq. Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. Canımı Məndən heç kəs ala bilməz, amma onu Öz ixtiyarımla verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».

Comments are closed.