6-cı Rəbb günü PASXA dövründə B ili

Həv İş 10, 25-26. 34-35. 44-48 Image result for new commandment

Peter içəri girəndə Kornelius ona səcdə etmək üçün ayağına düşdü. Peter isə onu ayağa qaldıraraq dedi: «Qalx, mən də sənin kimi insanam». Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah insanların şəxsiyyətinə baxmır. Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub haqq iş görür, Ona məqbuldur.

Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq Yəhudi olmayanların da üstünə töküldüyünə mat qaldı; onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər.

Onda Peter belə dedi: «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.

Z 98, 1. 2-3b. 3c-4

Nəqarat: Rəbb millətlərin gözündə salehliyini aydın göstərdi.

Rəbbə yeni bir ilahi oxuyun, çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.

Rəbb zəfərini bəyan etdi, millətlərin gözündə salehliyini aydın göstərdi.

İsrail nəslinə göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.

Yer üzünün hər tərəfi Allahımızın zəfərini gördü.

Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!


1 Yəh 4, 7-10

Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdan gəlir. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə həyata malik olaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.

Yəh 15, 9-17

Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. Əgər əmrlərimə əməl etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə əməl edərək Onun məhəbbətində qalıram. Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə söylədim. Siz Məni seçmədiniz, Mən sizi seçdim. Mən sizi təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın, beləcə Mənim adımla Atadan nə istəyirsinizsə, sizə versin. Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.

Comments are closed.