PENTİKOST BAYRAMI

Related imageHəv İş 2, 1-11

Əllinci gün, bayram zamanı onların hamısı bir yerə yığılmışdı. (Pentikosti sözü olub pasxa bayramından sonra əllinci gün qeyd edilir.)

Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruh danışdırdığı üçün başqa dillərdə danışmağa başladılar.

Bu vaxt səma altında mövcud olan bütün xalqlar arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə mat qaldı.

Heyrət və təəccüb içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kapadokiyada, Pontusda və Asiya vilayətində, Friqiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır».

Z 104, 1ab+24ac. 29b-30. 31+34

Nəqarat: Ya Rəbb, Ruhunu göndərib Yer üzünə yeni həyat verirsən.

Rəbbə alqış et, ey könlüm! Ya Rəbb Allahım, Sən nə qədər böyüksən.

Ya Rəbb, əməllərin çoxdur! Yaratdıqların yer üzünü doldurub.

Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,

Ruhunu göndərərkən onlar yaranır, Yer üzünə yeni həyat verirsən.

Rəbbin ehtişamı qoy əbədi var olsun! Qoy Rəbb yaratdıqlarına görə şad olsun!

Düşüncəm Ona xoş görünsün, mən Rəbbə görə sevinəcəyəm.

1 Kor 12, 3b-7. 12-13

Allahın Ruhu vasitəsilə danışan heç kim «Isaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «Isa Rəbdir!» deyə bilməz. Müxtəlif ənamlar var, amma Ruh eynidir. Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. Fəqət Ruh hər kəsə xeyri üçün aşkar olunur. Bədən birdir və üzvləri çoxdur. Bədən üzvlərin çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.

və ya Gal 5, 16-25

Mən bunu deyirəm: Müqəddəs Ruha görə hərəkət edin, o zaman siz cismanı təbiətin arzusunu əsla icra etməzsiniz. Çünki cismanı təbiət Ruha zidd və Ruh cismanı təbiətə zidd olanı arzulayır. Onlar bir-birinə qarşı dururlar ki, siz istədiyinizi edə bilməyəsiniz. Amma Müqəddəs Ruhun rəhbərliyi altında olsanız, siz Qanunun tabeçiliyi altında deyilsiniz. Cismanı təbiətin əməlləri isə bəllidir. Bunlar cinsi əxlaqsızlıq, murdarlıq, pozğunluq, bütpərəstlik, sehrbazlıq, düşmənçilik, münaqişə, qısqanclıq, qəzəb, xudbinlik, nifaq, təfriqələr, paxıllıq, sərxoşluq, eyş-işrətlər və buna bənzər şeylərdir. Sizə əvvəllər dediyim kimi, indi də qabaqcadan deyirəm ki, bunları edənlər Allahın Səltənətini irs almayacaqlar. Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, mehribanlıq, xeyirxahlıq, sədaqət, həlimlik, özünə hakim olmaq. Bu kimi şeylərə qarşı qanun yoxdur. Məsih Isaya məxsus olanlar isə öz həvəs və ehtirasları ilə birlikdə cismanı təbiəti çarmıxa çəkdilər. Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.

Yəh 15, 26-27; 16, 12-15

Sizə Atadan göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz. Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. Lakin O – Həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi özbaşına söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O Məni izzətləndirəcək, çünki Mənə məxsus olandan götürəcək və sizə bildirəcək. Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənə məxsus olandan götürəcək və sizə bildirəcək” söylədim.

Comments are closed.