14-cü Rəbb günü Adi dövrdə B ili

Yez 2, 2-5 Image result for Jesus son of carpenter

O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.

Z 123, 1-2a. 2b-d. 3-4

Nəqarat: Allahımız Rəbbə göz dikmişik, bizə rəhm etməsini gözləyirik.

Ey göylərdəki taxtında Oturan, gözlərimi Sənə dikmişəm.

Ağasının əlinə baxan qul kimi, biz də Allahımız Rəbbə göz dikmişik,

Xanımının əlinə baxan kəniz tək biz də Allahımız Rəbbə göz dikmişik,

bizə rəhm etməsini gözləyirik.

Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.

Laqeydlərin rişxəndləri, təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

2 Kor 12, 7b-10

Aldığım vəhylərin üstünlüyü ilə qürurlanmayım deyə cismim üçün bir tikan, yəni mənə əzab vermək üçün Şeytanın bir elçisi göndərildi ki, qürurlanmayım. Bunun məndən uzaq olması üçün üç dəfə Rəbbə yalvardım. Amma O mənə dedi: «Lütfüm sənə kifayətdir, çünki zəiflik olanda qüvvə tam olur». Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. Ona görə də Məsih uğrunda zəifliklərə, təhqirlərə, ehtiyaclara, təqiblərə və sıxıntılara məmnuniyyətlə dözürəm, çünki mən zəifləyəndə qüvvətlənirəm.

Mk 6, 1-6

İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu heyrət içində dedi: “Bu Adam belə şeyləri haradan bilir? Bu necə hikmətdir Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?” Onların İsaya acığı tutdu. İsa onlara dedi: “Hər yerdə hörməti olan peyğəmbərə öz yurdunda, qohum-əqrəbaları arasında və öz evində hörmət etməzlər”. Orada heç bir möcüzə göstərə bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına təəccüb edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolandı.

Comments are closed.