23-cü Rəbb günü Adi dövrdə B ili

Yeş 35, 4-7b Risultati immagini per 23th sunday in ordinary time b year

Ürəklərində qorxanlara deyin: «Cəsarətlənin, qorxmayın! Budur, Allahınız intiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. 

Z 146, 6c-7. 8-9a. 9b-10

Nəqarat: Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm.

Rəbb əbədi sadiq qalandır. O, miskinlərə haqq qazandırır,

O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir.

Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir,

Rəbb salehləri sevir, Rəbb qəriblərə dayaq olur.

Yetimi, dul qadını ayağa qaldırır, pislərinsə yollarını dolaşdırır.

Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!

Yaq 2, 1-5

Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər kimi insanlar arasında tərəfkeşlik etməyin. Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, çirkli paltar geyinmiş adam gəlirsə, gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «aşağı başda otur» deyirsinizsə, öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı? Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Səltənətin varisi olmaq üçün seçmədimi?

Mk 7, 31-37

İsa yenə Sur diyarından çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsinin mərkəzindən keçərək Qalileya gölünə çatdı. Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. Göyə baxdı, ah çəkərək ona dedi: “Effata!”, yəni “Açıl!” O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. İsa bunu görənlərə tapşırdı ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox tapşırsa da, o qədər çox xəbər yaydılar. Hamı mat-məəttəl qalıb dedi: “Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır”.

Comments are closed.