PASXA BAYRAMI

Dua

Allahım, ölümə qalib gələn tək oğlun sayəsində, cənnətin qapısını bizlərə açdın. Onun şanlı dirilişini qeyd edərkən, həqiqi həyatın işığında addımlaya bilməyimiz üçün, Müqəddəs Ruhun qüdrətilə içimizdə yeni bir həyat yarat. Bunu, səninlə və Müqəddəs Ruhla birlikdə indi və əbədiyyən hökm edən Oğlun, Rəbbimiz İsa Məsihin adına səndən diləyirik.

C: Amin.

Həvarilərin işləri kitabından sözlər (Həv 10, 34a. 37-43) 

Peter sözə başlayıb dedi: Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə mə’ruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu ağaca mıxlayıb öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi. Bunu aydın göstərdi, lakin İsa bütün xalqa deyil, Allahın əvvəlcədən seçdiyi şahidlərə – ölümdən dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə göründü. Bizə isə əmr verdi ki, “Allah Onu ölülərlə dirilərin Hakimi tə’yin edib” deyə bunu xalqa şəhadət etməklə təbliğ edək. Buna aid bütün peyğəmbərlər təsdiq edib ki, Ona inanan hər kəsin günahı Onun adı ilə bağışlanır».

 

Məzmur (118[117] 1-2, 16-17, 22-24)

Nəqərat: Budur Rəbbin  günü, Bizim üçün sevinc və nəşə günüdür. Alleluya!

 

Müqəddəs Pavelin Koloselilərə məktubundan sözlər  (Kol 3, 1-4)

Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardaki şeyləri axtarin. Orada Məsih Allahin sağinda oturub. Dünyəvi şeyləri deyil, ucalardaki şeyləri düşünün. Çünki siz ölmüsünüz və həyatiniz Məsihlə birlikdə Allahda saxlanilib. Həyatiniz olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.

 

İlahi

Hamınız qurban edilən “Pasxa Quzusuna” ilahilər söyləyin,

çünki günahsız Məsih, günahkar insanları Atası ilə barışdırdı.

Quzu qoyunları qurtardı. Ölüm və həyat bir-birilə savaşdı.

Həyatın hakimi öldü. Amma yenə hökm etməkdədir.

 

Daniş bizə, Məcdəlli Məryəm yolda nə gördün?

Məsihin məzarını gördüm. Onun yaşadığını gördüm.

Bütün hikməti ilə dirilmiş olduğunu gördüm.

Onun tanıdıqları olan Mələkləri kəfən və paltarlarını gördüm.

Mənim ümidim Rəbbim dirildi.

 

Qalileyaya gedib orada sizləri qarşılayacaqdır.

Doğrudan Rəbbimiz Məsih dirildi:

bilirik bunu, ey, Zəfər qazanan

Kralımız mərhəmət et bizlərə!

 

Alleluya! Alleluya!

Doğru Padşah Quzusunu Rəbbimiz Məsih qurban edildi. Sevinclə bayramımızı təbrik edək. Alleluya!

 

Müqəddəs Yəhya tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Yh 20; 1-9)

Həftənin ilk günü tezdən hələ qaranlıq ikən Məcdəlli Məryəm məqbərənin yanına gəldi. O gördü ki, daş məqbərənin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi məqbərədən aparıblar və hara qoyulduğunu bilmirik». Peterlə o biri şagird bayıra çıxıb məqbərəyə tərəf getdi. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca məqbərəyə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin yana salındığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib məqbərəyə girdi. O, yana salınmış kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. Onda məqbərənin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. Çünki İsanın mütləq ölümdən diriləcəyini bildirən Müqəddəs Yazını onlar hələ anlamırdı.

Leave a Reply

Your email address will not be published.