2-ci Rəbb günü PASXA dövründə

Həv İş 4, 32-35

İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və mülk sahibi olanlar pulunu gətirər, həvarilərin sərəncamına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı.

Z 118, 2-4. 16ab +17-18. 22-24

Nəqarat: Rəbbə şükür edək, ona görə ki yaxşıdır, çünki məhəbbəti əbədidir!

Qoy İsraillilər desinlər ki, Rəbb yaxşıdır, «çünki məhəbbəti əbədidir!»

Harun nəsli desin ki, «Onun məhəbbəti əbədidir!»

Qoy Rəbdən qorxanlar belə də söyləsin, «çünki məhəbbəti əbədidir!»

Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!»

Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm.

Rəbb mənə möhkəm cəza verdi, amma məni ölümə təslim etmədi.

Bənnaların rədd etdiyi daş guşədaşı olub.

Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir.

Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək!
1 Yəh 5, 1-6

Isanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Atanı sevən ondan doğulanı da sevir. Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. Çünki Allah məhəbbəti Onun əmrlərinə əməl etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil. Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, Isanın Allahın Oğlu olmasına inanan! Su və qanla gələn Şəxs həmin Isa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.

Yəh 20, 19-31

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Salam!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.

İsa yenə onlara dedi: «Salam! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm».

Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».

Lakin On iki Şagirddən biri «Əkiz» adlanan Toma İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomaya «Rəbbi gördük» deyəndə o onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna inanmaram».

Səkkiz gün sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Toma da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Salam!» dedi.

Bundan sonra Tomaya söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Toma cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!»

İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Allahın Oğlu və Məsih olduğuna iman edəsiniz və iman edərək Onun adı ilə həyata malik olasınız.

Leave a Reply

Your email address will not be published.