16-cı Rəbb günü Adi dövrdə B ili

Yeremya 23, 1-6 Related image

Rəbb bəyan edir: «Otlağımın qoyunlarını məhv edən və pərən-pərən salan çobanların vay halına!» Buna görə də İsrailin Allahı Rəbb xalqımı otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim sürümü pərən-pərən salıb qovdunuz, onların qeydinə qalmadınız. İndi Mən də etdiyiniz bəd əməllərə görə cəzanızın qeydinə qalacağam» Rəbb belə bəyan edir. «Sürümün qalanlarını sürgün etdiyim bütün ölkələrdən yığıb-toplayacağam, onları yenə ağıllarına qaytaracağam və törəyib çoxalacaqlar. Üstlərinə onları otaracaq çobanlar qoyacağam. Continue reading

15-ci Rəbb günü Adi dövrdə B ili

Am 7, 12-15 Image result for 15th sunday in ordinary time year b

Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və səltənətin məbədidir». Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm. Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.
Continue reading

14-cü Rəbb günü Adi dövrdə B ili

Yez 2, 2-5 Image result for Jesus son of carpenter

O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.
Continue reading

13-cü Rəbb günü Adi dövrdə B ili

Müdriklik 1, 13-15; 2, 23-24 Image result for 13th sunday in ordinary time year b
Allah ölümü yaratmayıb, yaşayanların məhvinə sevinmir. Çünki O, hər şeyi varlıq üçün yaradıb, dünyadakı hər şey əmin-amanlıq üçündür. Tamamilə öldürücü bir zəhər yoxdur, ölülər diyarı da yer üzündə hökmranlıq etmir. Ədalət ölməzdir. Allah insanı ölməzlik üçün yaratmışdı, onu Öz əbədi varlığının surəti etmişdi. Lakin iblisin paxıllığı dünyaya ölüm gətirdi, onun payına aid olanlar bunun acısını çəkirlər. Continue reading

Yəhya vəftizçinin doğulması

Yeşaya 49, 1-6Image result for john baptising elizabeth

Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi, O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır».  Continue reading

11-ci Rəbb günü Adi dövrdə B ili

Yez 17, 22-24 Image result for 11th sunday in ordinary time year b

Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından zərif bir budaq qoparacağam, onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, budaqlarının kölgəsində yuva quracaq. Bütün çöl ağacları biləcək ki, hündür ağacı Mən, Rəbb alçaltdım, alçaq ağacı yüksəltdim, yaşıl ağacı qurutdum, quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.  Continue reading

10-cu Rəbb günü Adi dövründə B ili

Yaradılış 3, 9-15 Image result for 10th sunday in ordinary time

Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»

O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»

Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim».

Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?»

Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». Continue reading

İsa Məsihin bədəni və qanı bayramı

Image result for body and blood of christ

Çıxış 24, 3-8

Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».  Continue reading

Müqəddəs Üçlüyün Bayramı

Qanunun təkrarı 4, 32-34. 39-40 Image result for holy trinity

İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi? Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı? Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüvvətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı? Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz». Continue reading

PENTİKOST BAYRAMI

Related imageHəv İş 2, 1-11

Əllinci gün, bayram zamanı onların hamısı bir yerə yığılmışdı. (Pentikosti sözü olub pasxa bayramından sonra əllinci gün qeyd edilir.)

Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruh danışdırdığı üçün başqa dillərdə danışmağa başladılar.
Continue reading