16-cı Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 12, 13. 16-19) 

Çünki hamıya himayə göstərən Səndən başqa Allah yoxdur. Sənin ədalətlə mühakimə etmədiyini heç nə ilə sübut etmək olmaz. Çünki Sənin qüdrətin ədalətin başlanğıcıdır, Sən hər şey üzərində hökmranlıq edirsən, buna görə də hamıya rəhm etməyə meyillisən. Öz gücünü Sənin qüdrətinə inanmayanlara göstərirsən, Sənin qüdrətini tanıyanlara Qaba adamların başına nə gəldiyini öyrədirsən. Lakin gücünə rəğmən yumşaqlıqla mühakimə edirsən. Bizi böyük mərhəmətlə idarə edirsən, çünki qüdrətin həmişə Öz iradəndədir. Belə işlərlə Sən Öz xalqına dərs verdin, ədalətli adamın insanları sevməli olduğunu öyrətdin. Öz övladlarına gözəl bir ümid verdin ki, günahlarından tövbə etdikləri halda tövbələrini qəbul edəcəksən.  Continue reading

14-cü Rəbb günü Adi dövrdə “A”ili

Zəkəriyyə 9, 9-10 

Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, həlimdir və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan dünyanın ucqarlarınadək uzanacaq.  Continue reading

13-cü Rəbb günü Adi dövrdə A ili

2 Pad 4, 8-11, 14-16a 

Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. 
Continue reading

12-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremiya 20, 10-13 

Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, biz də onu mühakimə edək!» deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, ondan qisasımızı alarıq» dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın qisası görsün! Çünki işimi Sənə tapşırdım. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri zalımların əlindən qurtardı.  Continue reading

EVXARİSTİYA BAYRAMI

Qan Tək. 8, 2-3. 14b-16a 

Musa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, qürurunuzu qırsın sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü sındırmaq üçün sizi ac qoydu, sonra isə sizin, atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər. Diqqət edin ki, sizi Misir torpağındanköləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.  Continue reading

MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

Çıxış 34, 4b-6. 8-9 

Musa səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm. Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».  Continue reading

PENTİKOST BAYRAMI A ili

Həv. İş. 2, 1-11 

PENTİKOST günü gəldikdə, onların hamısı bir yerdə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa-başqa dillərdə danışmağa başladılar. Yerusəlimdə yəhudilər, göy altındakı bütün xalqlardan olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onların onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi.  Continue reading

İSA MƏSİHİN GÖYƏ QALXMASI BAYRAMI A ili

Həv. İş. 1, 1-11 

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».  Continue reading

6-cı Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 8, 5-8. 14-17 

Filip də Samariya şəhərinə gəlib oradakılara Məsih barədə bəyan edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar sağalırdı. Ona görə bu şəhərdə bol sevinc var idi.  Continue reading