Milad bayramı (gecə)

Yeş 9, 2-4. 6-7 https://s-media-cache-ak0.pinimg.com/236x/ea/d8/c1/ead8c1e208c88c103a0ea093cb6d67f4.jpg

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət Onun çiyinləri üzərində olacaq, Onun adı ecazkar, məsləhətçi, qüdrətli Allah, əbədi Ata, əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Continue reading

30-cu Rəbb günü Adi dövrdə C ili

Siraq kitabından sözlər (Sir 35, 15-17. 20-21) 

Rəbb, insanlar arasında ayrı-seçkilik etməyən bir hakimdir. O, yoxsulun haqqını yeməz, zərər çəkənin səsini dinləyər. Nə yetimin yalvarışlarını, nə də dul qadının fəryadlarını alçaltmaz. Allaha bütün ürəyi ilə xidmət edən onun rizasını qazanır və duası göylərə qədər yüksəlir. Yoxsulun duası buludları aşıb keçər və duası niyətinə çatmadıqca, yoxsul hüzur tapmaz. Uca Tanrı gözlərini onun üzərinə çevirənə qədər, doğruya haqq verənə qədər və ədaləti bərpa edənə qədər yoxsul duasına son verməz.  Continue reading

28-ci Rəbb günü Adi dövrdə C ili

2 Kr 5, 14-17 

Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu. Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür». Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi. Naaman dedi: «əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.  Continue reading

27-ci Rəbb günü Adi dövrdə C ili

Hab 1, 2-3; 2, 2-4 

Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sən isə eşitmirsən. «Zorakılıq var!» deyə fəryad edirəm, lakin qurtarmırsan. Niyə mənə şər göstərirsən, Özün də haqsızlığa baxırsan? Haraya nəzər salsam, orada soyğunçuluq və zorakılıq var, davaların, çəkişmələrin sonu yoxdur. Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Sanki gecikir, amma gözləyin, çünki hökmən gələcək, gecikməyəcək. Budur, məğrurların niyyətləri düzgün deyil, amma saleh adam imanı ilə yaşayacaq.  Continue reading

Apostol səfəri

RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT €ŒAFP PHOTO/OSSERVATORE ROMANO" This handout picture released by the Press office shows Pope Francis, Argentina's Jorge Mario Bergoglio, leading a mass at the Sistine Chapel at the Vatican on March 14, 2013 a day after his election. Pope Francis and the cardinals who made him the first Latin American leader of the Catholic Church returned to the Sistine Chapel on Thursday, this time to celebrate mass together. AFP PHOTO/OSSERVATORE ROMANO RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT “AFP PHOTO/OSSERVATORE ROMANO"-/AFP/Getty Images

Roma Papası Fransisk, Gürcüstan Patriarxı II İlyanın, Gürcüstanın dini və dövlət hakimiyyəti ilə yanaşı həmçinin Azərbaycan dini və dövlət hakimiyyətinin dəvətini qəbul edərək, 2016-cı il 30 sentyabr tarixindən 2 oktyabradək, Qafqaz üzrə ölkələrə baş çəkib öz apostol səfərini həyata keçirəcək. Roma Papasının Bakıya səfər proqramı haqqında ətraflı məlumat əldə etdikdən sonra, saytımızda elan olunacaq.

Müqəddəs kitab (internetdə, telefonda, kompyuterdə)

Allah bütün insanlarla danışır. Necə? Axı Allahın ağzı, dili yoxdur. Buna baxmayaraq bizi sevdiyinə görə Özünü vəhy etdi və hələ də edir. O, dünyanın yaradılışı, tarix, vicdan, insanlar və s. vasitəsilə zamanla Öz iradəsini insana göstərirdi. Bütün bunlar Onun sözləri idi. Bu isə bəs deyildi. Nəhayət Onun Kəlamı, Onun Özü insan oldu və İsa Məsihdə bizimlə danışdı. Deməli, İsa Allahın Kəlamıdır. Onun sözləri, əməlləri, həyatı Müqəddəs Kitabda yazılıdır. Müqəddəs Kitab Allahın sözüdür, çünki Müqəddəs Ruhun təsiri ilə yazılmışdır. Buna görə də Allahla münasibətdə qalmaq üçün biz onu hər gün oxumalıyıq. Beləliklə Müqəddəs Kitabı elektron şəkildə telefonda, komputerdə istifadə etmək üçün bu saytdan əldə edə bilərsiniz. Continue reading