3-cü Rəbb günü Pasxa dövründə A ili

Həv. İş. 2, 14. 22b-33 

Peter on bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. Bildiyiniz kimi Nazaretli İsanın Allahdan gələn Şəxs olduğunu Allah Onun vasitəsilə aranızda yaratdığı möcüzələr, xariqələr və əlamətlərlə təsdiq etdi. Allahın müəyyən etdiyi məqsəd və uzaqgörənliyinə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. Allah isə ölüm iplərini kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi.  Continue reading

2-ci Rəbb günü Pasxa dövründə A ili

https://www.wordonfire.org/wof-core/libraries/timthumb/timthumb.php?zc=1&w=1328&h=598&src=https://www.wordonfire.org/wof-site/media/brdivinemercy.jpg

Həvarilərin işləri kitabından sözlər (Həv İş 2, 42-47)

Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın Eyvanına yığılardı. Xalq onlara böyük rəğbət bəsləsə də, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə küçələrə çıxarıb qoyardı. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı. Continue reading

PASXA BAYRAMI

Həvarilərin işləri kitabından sözlər (Həv 10, 34a. 37-43)

Peter sözə başlayıb dedi: Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu ağaca mıxlayıb öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi. Bunu aydın göstərdi, lakin İsa bütün xalqa deyil, Allahın əvvəlcədən seçdiyi şahidlərə – ölümdən dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə göründü. Bizə isə əmr verdi ki, “Allah Onu ölülərlə dirilərin Hakimi təyin edib” deyə bunu xalqa şəhadət etməklə təbliğ edək. Buna aid bütün peyğəmbərlər təsdiq edib ki, Ona inanan hər kəsin günahı Onun adı ilə bağışlanır».  Continue reading

MÜQƏDDƏS ŞƏNBƏ GÜNÜ. PASXA ƏRƏFƏSİ.

1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2)

Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».  Continue reading

Rəbbimizin əzabları və ölümünün xatırlanması

Cross dali2_1247555c

Yeş 52, 13 – 53, 12 

Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, zahirən insan surətindən çıxmışdı. Fəqət O çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq. Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu? O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.  Continue reading

İsa Məsihin Pasxa yeməyinin xatırlanması

Çıxış 12, 1-8. 11-14 Last Supper untitled

Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı İsrail icmasından hər kəs onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər.  Continue reading

6-cı Rəbb günü Oruc dövründə: İsa Məsihin Yerusəlimə giriş

Mt 21, 1-11 

Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdini göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. Əgər sizə bir şey deyən olsa, “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə oldu: «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O təvazökardır və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir”». Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin adı ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» İsa Yerusəlimə çatdığı zaman bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». Continue reading

5-ci Rəbb günü Oruc dövründə “A” ili

Yez 37, 12b-14 

Xudavənd Rəbb belə deyir: “Ey xalqım, Mən qəbirlərinizi açıb sizi oradan çıxaracaq və İsrail torpağına gətirəcəyəm.

Ey xalqım, Mən qəbirlərinizi açanda, sizi qəbirlərinizdən çıxaranda biləcəksiniz ki, Rəbb Mənəm.

Mən daxilinizə Öz Ruhumu qoyacağam və siz diriləcəksiniz. Sizi öz torpağınıza yerləşdirəcəyəm. Onda biləcəksiniz ki, Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm” Rəbb belə bəyan edir».  Continue reading