6-cı Rəbb günü Oruc dövründə: İsa Məsihin Yerusəlimə giriş

Mt 21, 1-11 

Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdini göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. Əgər sizə bir şey deyən olsa, “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə oldu: «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O təvazökardır və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir”». Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin adı ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» İsa Yerusəlimə çatdığı zaman bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». Continue reading