Rəbbimizin əzabları və ölümünün xatırlanması

Cross dali2_1247555c

Yeş 52, 13 – 53, 12 

Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, zahirən insan surətindən çıxmışdı. Fəqət O çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq. Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu? O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.  Continue reading