MÜQƏDDƏS ŞƏNBƏ GÜNÜ. PASXA ƏRƏFƏSİ.

1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2)

Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, Onları kişi və qadın olaraq yaratdı.

Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin».  Continue reading