PASXA BAYRAMI

Həvarilərin işləri kitabından sözlər (Həv 10, 34a. 37-43)

Peter sözə başlayıb dedi: Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu ağaca mıxlayıb öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi. Bunu aydın göstərdi, lakin İsa bütün xalqa deyil, Allahın əvvəlcədən seçdiyi şahidlərə – ölümdən dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə göründü. Bizə isə əmr verdi ki, “Allah Onu ölülərlə dirilərin Hakimi təyin edib” deyə bunu xalqa şəhadət etməklə təbliğ edək. Buna aid bütün peyğəmbərlər təsdiq edib ki, Ona inanan hər kəsin günahı Onun adı ilə bağışlanır».  Continue reading