4-cü Rəbb günü Pasxa dövründə A ili

 

 

 

Həv İş. 2, 14a. 36-41 

Peter on bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: Ona görə də qoy İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter onlara cavab verdi: «Hamınız tövbə edib İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. Çünki bu vəd sizin üçün, övladlarınız üçün və sizdən uzaqda olanlar üçün – Allahımız Rəbb kimi çağırarsa, onun üçündür». Peter başqa çox söz deyib onlara şəhadət və xəbərdarlıq etdi: «Bu yolunu azmış nəsildən canınızı qurtarın». Onların sözünü qəbul edənlər vəftiz oldu. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.  Continue reading