5-ci Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 6, 1-7 http://jtbarts.com/wp-content/uploads/2013/03/cornerstoneWeb-1024x752.jpg

O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladı. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. Ona görə on iki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allah Kəlamını yaymaq işini atıb maddi işlərlə məşğul olmağımız doğru deyil. Ey qardaşlar, aranızda etibar qazanmış, ruh və hikmətlə dolu olan yeddi nəfər seçin ki, onları bu işə təyin edək. Biz isə özümüzü duaya və Allah kəlamını yaymağa həsr edək». Bu sözlər bütün toplantının xoşuna gəldi. Continue reading