12-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremiya 20, 10-13 

Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, biz də onu mühakimə edək!» deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, ondan qisasımızı alarıq» dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın qisası görsün! Çünki işimi Sənə tapşırdım. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri zalımların əlindən qurtardı.  Continue reading

EVXARİSTİYA BAYRAMI

Qan Tək. 8, 2-3. 14b-16a 

Musa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, qürurunuzu qırsın sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü sındırmaq üçün sizi ac qoydu, sonra isə sizin, atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla göstərdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər bir kəlmə ilə yaşaya bilər. Diqqət edin ki, sizi Misir torpağındanköləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.  Continue reading

MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

Çıxış 34, 4b-6. 8-9 

Musa səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm. Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da təqsirimizlə günahımızı bağışla və bizə sahib ol».  Continue reading

PENTİKOST BAYRAMI A ili

Həv. İş. 2, 1-11 

PENTİKOST günü gəldikdə, onların hamısı bir yerdə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa-başqa dillərdə danışmağa başladılar. Yerusəlimdə yəhudilər, göy altındakı bütün xalqlardan olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onların onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi.  Continue reading