17-ci Rəbb günü Adi dövrdə “A”ili

1-ci Padşahlar kitabından sözlər (1 Pad. 3, 5-12) 

Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, bütün ürəyi ilə səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?»  Continue reading

16-cı Rəbb günü Adi dövrdə “A”ili

Müdriklik kitabından sözlər (Müdriklik 12, 13. 16-19) 

Çünki hamıya himayə göstərən Səndən başqa Allah yoxdur. Sənin ədalətlə mühakimə etmədiyini heç nə ilə sübut etmək olmaz. Çünki Sənin qüdrətin ədalətin başlanğıcıdır, Sən hər şey üzərində hökmranlıq edirsən, buna görə də hamıya rəhm etməyə meyillisən. Öz gücünü Sənin qüdrətinə inanmayanlara göstərirsən, Sənin qüdrətini tanıyanlara Qaba adamların başına nə gəldiyini öyrədirsən. Lakin gücünə rəğmən yumşaqlıqla mühakimə edirsən. Bizi böyük mərhəmətlə idarə edirsən, çünki qüdrətin həmişə Öz iradəndədir. Belə işlərlə Sən Öz xalqına dərs verdin, ədalətli adamın insanları sevməli olduğunu öyrətdin. Öz övladlarına gözəl bir ümid verdin ki, günahlarından tövbə etdikləri halda tövbələrini qəbul edəcəksən.  Continue reading

14-cü Rəbb günü Adi dövrdə “A”ili

Zəkəriyyə 9, 9-10 

Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, həlimdir və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan dünyanın ucqarlarınadək uzanacaq.  Continue reading

13-cü Rəbb günü Adi dövrdə A ili

2 Pad 4, 8-11, 14-16a 

Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı. 
Continue reading