25-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 55, 6-9 

Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Ona yalvarın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Ondan mərhəmət tapsın. Qoy bizim Allahımız tərəfə dönsün, çünki Onun əfvi boldur. «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir.  Continue reading

24-cü Rəbb günü Adi dövrdə A ili

Siraq kitabından sözlər (Siraq 27, 30; 28, 1-8) 

Kin və qəzəb, bunlar pis şeydir, hər ikisi də günahkar insanda olur. Qisas alan insandan Allah da qisas alacaq; Rəbb onun günahlarının hesabını ciddi şəkildə tutacaq. Sənə qarşı haqsızlıq etmiş olanı bağışlayırsan, sənin günahlarında dua etdiyin zaman bağışlanacaq. Bir insan başqasına qarşı kin bəsləyərsə, Allah tərəfindən bağışlanmağı necə istəyə bilər? Öz həmkarına yazığı gəlmirsə özü günahlarının bağışlanması üçün necə yalvara bilər?  Continue reading

23-cü Rəbb günü Adi dövrdə “A”ili

Yez 33, 7-9 

Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən. Pis adama Mən “ey pis adam, mütləq öləcəksən” deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam. Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan.  Continue reading

22-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremya 20, 7-9 

Ya Rəbb, Sən məni aldatdın, mən də aldandım. Sən məndən güclüsən, Sən mənə üstün gəldin. Bütün gün mənə gülürlər, hər kəs mənimlə əylənir. Çünki mən danışmağa başlayan kimi fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü mən bütün gün rüsvay oldum, təhqir edildim. Mən fikirləşdim: «Daha Onu yada salmayacağam, Onun adı ilə danışmayacağam». Onda Onun sözü sümüklərimdə həbs edilən, ürəyimdə yanan bir od oldu. Onu içimdə saxlamaqdan yoruldum, artıq bunu edə bilmirəm.  Continue reading