4-cü Rəbb günü Adi dövrdə “B”ili

Qanunun Təkrarı 18, 15-20 

Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”. Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur. Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.  Continue reading

3-cü Rəbb günü Adi dövrdə “B”ili

Yunus 3, 1-5. 10 http://2.bp.blogspot.com/-u6a0QDHe_Lc/Txl_Ge8FKRI/AAAAAAAAD3s/q2Mmz6zs2OE/s1600/fishers-on-men.jpg

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. Continue reading

2-ci Rəbb günü Adi dövrdə “B”ili

1 Şam 3, 3b-10. 19 https://i0.wp.com/www.catholicforlife.com/wp-content/uploads/2018/01/Behold-the-lamb..jpg?fit=527%2C640&ssl=1

Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi.

Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi.

Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi.

Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı. Continue reading

İsa Məsihin vəftizi bayramı “B ili”

Yeş 42, 1-4. 6-7 

Budur, Mənim saxladığım, ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, uzaq diyarlar onun qanununa etibar edəcək. «Mən Rəbb salehliyimlə səni çağırdım, səni əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.  Continue reading

EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6) 

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.  Continue reading

Məryəm Ananın bayramı

Siyahıyaalınma 6, 22-27 

Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sizə xeyir-dua verib sizi qorusun; Rəbb Öz nurlu üzünü sizə göstərərək lütf versin. Rəbb üzünü sizə tərəf çevirsin, sizə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».  Continue reading