EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6) 

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.  Continue reading