2-ci Rəbb günü Oruc dövründə “B” ili

Yaradılış 22, 1-2. 9a. 10-13. 15-18 

Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O, «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. Allah dedi: «Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim əlini uzadıb oğlunun başını kəsmək üçün bıçağı götürdü. Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi.  Continue reading

1-ci Rəbb günü Oruc dövründə “B” ili

Yaradılış 9, 8-15 

Allah Nuha və yanında olan oğullarına dedi: «Mən sizinlə, sizdən sonrakı nəslinizlə Öz əhdimi bağlayıram, gəmidən çıxan yer üzündəki bütün canlı məxluqlarla – quşlar, ev heyvanları və bütün çöl heyvanları ilə əhdimi bağlayıram. Sizinlə Öz əhdimi qoyuram ki, bütün canlılar bir daha daşqınla məhv olmayacaq və heç vaxt yer üzünü viran edən daşqın baş verməyəcək». Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun. Mən yer üzünə bulud gətirdiyim zaman buludda göy qurşağı görünəcək. Onda Mən sizinlə və bütün canlı məxluqlarla bağladığım əhdi yada salacağam. Sular bir daha daşqına çevrilib bütün canlıları məhv etməyəcək.  Continue reading

Kül çərşənbəsi

Yoel 2, 12-18 

Rəbb belə bəyan edir: «İndi isə orucla, ağlamaqla, yas tutmaqla bütün qəlbinizlə Mənə dönün.

Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, hədsiz səbirlidir, bol məhəbbətlidir, bəla göndərməz, rəhm edər. Kim bilir, bəlkə rəhm edib dönər? Sonra Allahınız Rəbbə Taxıl və maye təqdimlərini verəsiniz deyə sizə bərəkət verər.  Continue reading

6-cı Rəbb günü Adi dövrdə “B”ili

Levililər 13, 1-2. 45-46

Rəbb Musaya və Haruna dedi: «Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin. Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam ağzını örtüb “Murdaram! Murdaram!” deyə çığırsın. Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.  Continue reading

5-ci Rəbb günü Adi dövrdə “B”ili

Əyyub 7, 1-4. 6-7 

İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir? Kölgəyə həsrət qalan kölə kimidir, muzdunu gözləyən fəhlə kimidir, bəli, irs olaraq mənə boş aylar verildi, qismətimə sıxıntılı gecələr düşdü. Yatanda düşünürəm: “Görəsən haçan qalxacağam?” Gecələr uzanır, mən gün doğana qədər yerimdə qurcalanıram. Günlərim toxucunun məkiyindən də sürətli gedir, ümidsiz sona çatır. Ey Allah, yada sal, həyatım bir nəfəsdir, gözüm yenidən yaxşılıq görməyəcək.  Continue reading