5-ci Rəbb günü PASXA dövründə B ili

Həv İş 9, 26-31 Related image

Şaul Yerusəlimə çatanda oradakı şagirdlərə qoşulmaq istədi, lakin onların hamısı Şauldan qorxur və inanmırdılar ki, o, İsanın şagirdi. Amma Barnaba onu götürüb həvarilərin yanına apardı və onlara açıqladı ki, Şaul yolla gedəndə Rəbbi necə görüb, Rəbb onunla necə danışıb, o, Dəməşqdə İsanın adını qorxub-çəkinmədən necə bəyan edib. Beləliklə, Şaul onların yanında qalıb Yerusəlimdə hər yerə bir gedib-gəlir və orada da qorxub-çəkinmədən Rəbbin adını bəyan edirdi. O, yunanca danışan Yəhudilərlə söhbət edərək mübahisə edirdi. Onlar isə Şaulu öldürmək istəyirdi. Ona qardaş olanlar isə bunu öyrənəndə Şaulu Qeysəriyyəyə aparıb oradan Tarsusa göndərdilər. Beləcə bütün Yəhudeya, Qalileya və Samariyadakı imanlılar cəmiyyəti əmin-amanlığa çatdı. İnkişaf edən və Rəbb qorxusu içində yaşayan cəmiyyət Müqəddəs Ruhun ürəkləndirməsi ilə sayca artırdı. Continue reading

4-cü Rəbb günü PASXA dövründə B ili

Həv İş 4, 8-12 Image result for 4th sunday of easter

O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın başçıları və ağsaqqalları! Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə şəfa tapmasına görə sorğu-suala çəkiliriksə, hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülərdən diriltdiyi Nazaretli İsa Məsihin adı ilə sağalıb və qarşınızda durub. Siz “bənnaların rədd etdiyi daş”, amma “guşədaşı” olan həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
Continue reading

3-cü Rəbb günü PASXA dövründə

Həv İş 3, 13-15. 17-19 http://thechurchinmalta.org/files/2011/04/jesus-appears-again.jpg

Peter dedi: İbrahimin, İshaqın Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirdi. Siz Onu sataraq Pilatın qarşısında rədd etmişdiniz. Pilat Onu azad etmək üçün qərar verdi. Amma siz Müqəddəs adil Olanı rədd edib bir qatilin azad edilməsini istədiniz. Siz Həyat Yolunu Açanı öldürdünüz, amma Allah Onu ölümdən diriltdi. Biz bunun şahidləriyik.
Continue reading

2-ci Rəbb günü PASXA dövründə

Həv İş 4, 32-35 Image result for 2nd sunday of Easter

İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüvvə ilə şəhadət edirdi və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və mülk sahibi olanlar pulunu gətirər, həvarilərin sərəncamına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı.  Continue reading

PASXA BAYRAMI

Image result for resurrection

Həv İş 10, 34a. 37-43

Peter sözə başlayıb dedi: Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu ağaca mıxlayıb öldürdülər. Amma Allah Onu üçüncü gün diriltdi. Continue reading