İsa Məsihin göyə qalxması

Həv İş 1, 1-11 Image result for ascension of jesus

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı.  Continue reading

7-ci Rəbb günü PASXA dövründə B ili

Həv İş 1, 15-17. 20a. 20d-26 Related image

Həmin günlərdə təxminən yüz iyirmi qardaşdan ibarət toplantı oldu. Peter onların arasından qalxıb dedi: «Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Yazı sözləri yerinə yetməlidir. Yəhuda bizə qoşuldu, bu xidmətdən ona da pay düşdü. Çünki Zəbur kitabında yazılıb: “Vəzifəsini başqası tutsun”. Continue reading