Yəhya vəftizçinin doğulması

Yeşaya 49, 1-6Image result for john baptising elizabeth

Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi, O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır».  Continue reading

11-ci Rəbb günü Adi dövrdə B ili

Yez 17, 22-24 Image result for 11th sunday in ordinary time year b

Xudavənd Rəbb belə deyir: “Mən hündür sidr ağacının başından bir zoğ götürüb əkəcəyəm. Onun budaqlarının başından zərif bir budaq qoparacağam, onu hündür, dik bir dağın zirvəsində əkəcəyəm. Onu İsrailin uca dağına əkəcəyəm. O, qol-budaq atıb meyvə verəcək, möhtəşəm bir sidr ağacı olacaq. Hər cür quş onun altına sığınacaq, budaqlarının kölgəsində yuva quracaq. Bütün çöl ağacları biləcək ki, hündür ağacı Mən, Rəbb alçaltdım, alçaq ağacı yüksəltdim, yaşıl ağacı qurutdum, quru ağacı yaşıllaşdırdım. Mən Rəbb bunu söylədim və hökmən yerinə yetirəcəyəm”.  Continue reading

10-cu Rəbb günü Adi dövründə B ili

Yaradılış 3, 9-15 Image result for 10th sunday in ordinary time

Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»

O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»

Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim».

Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?»

Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim». Continue reading

İsa Məsihin bədəni və qanı bayramı

Image result for body and blood of christ

Çıxış 24, 3-8

Musa gəlib Rəbbin bütün sözlərini və hökmlərini xalqa nəql etdi. Bütün xalq bir səslə cavab verib dedi: «Rəbbin söylədiyi sözlərin hamısına əməl edəcəyik». Musa Rəbbin bütün sözlərini yazdı. O, səhər erkən durub dağın ətəyində qurbangah və İsrailin on iki qəbiləsinə görə on iki sütun qurdu. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğalar kəsdirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Qanın o biri yarısını isə qurbangahın üstünə səpdi. O, əhd kitabını əlinə alıb xalqa ucadan oxudu və onlar dedilər: «Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq!» Sonra Musa qanı götürüb xalqın üstünə səpərək dedi: «Budur bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı».  Continue reading