26-cı Rəbb günü Adi dövrdə B ili

Siyahıyaalınma 11, 25-29 Risultati immagini per 26th sunday in ordinary time 2018

Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər. Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər.  Continue reading

25-ci Rəbb günü Adi dövrdə B ili

Müdriklik kitabından sözlər 2, 12. 17-20 Risultati immagini per 25th sunday in ordinary time 2018

Pislik düşünən insanlar öz aralarında belə deyirlər. “Dürüst insana tələ quraq, çünki o bizi narahat edir, həyat tərzimizə mane olur, Allahın əmrlərinə əməl etmədiyimiz üçün bizi tənqid edir və bizi ənənələri pozmaqda günahlandırır. Baxaq! Dedikləri düzdürmü? Görək onun axırı necə olacaq? Əgər bu dürüst insan Allahın övladıdırsa, Allah onun tərəfini tutacaq və onu düşmənlərinin əlindən xilas edəcək. Əzab verib işgəncə edərək onu sınayaq, bu şəkildə onun nəzakətini araşdıraq. Dözümlülüyünü yoxlayaq. Onu günahlandıraraq utanc verici bir ölümə məhkum edək, çünki onu qoruyacaqlarını iddia etmədimi?  Continue reading

24-cü Rəbb günü Adi dövründə B ili

Yeş 50, 5-9b  Image result for 24th sunday in ordinary time 2018

Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü, saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər?  Continue reading

23-cü Rəbb günü Adi dövrdə B ili

Yeş 35, 4-7b Risultati immagini per 23th sunday in ordinary time b year

Ürəklərində qorxanlara deyin: «Cəsarətlənin, qorxmayın! Budur, Allahınız intiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.  Continue reading

22-ci Rəbb günü Adi dövrdə B ili

Qanunun Təkrarı 4, 1-2. 6-8 Image result for 22nd sunday in ordinary time 2018

İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Continue reading