Dualar

“İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət»” (Luka 11:1). İsa bu xahişin cavabında onlara “Ey göylərdə olan Atamız” duasını öyrətdi. Yəhudi dualarını yaxşı bilən şagirdlər Müəllimin qeyri-adi duasından heyrətə gəlmişdilər. Axı İsa daim duada olurdu (müqayisə: Luka 5:16). Dua Onun həyatının əsas hadisələrini müşayiət edir: İordan çayında vəftiz olarkən İsa dua edir (Luka 3:21); həvariləri çağırmazdan əvvəl (Luka 6:12); görünüşünü dəyişməzdən əvvəl (Luka 9:28). İsa Peterin möhkəm imanı üçün (Luka 22:31-32), Müqəddəs Ruhun enməsi barədə (Yəh 14:15-17a, 15:26) dua edir. Lazarın dirilməsindən əvvəl (Yəh 11:41) və Yerusəlimə təntənə ilə daxil olmasından əvvəl (Yəh 12:27) dua edir.
Oğulu izzətləndirsin deyə, Sirli Axşamda Ataya dua edir (Yəh 17:1-5); şagirdlər üçün (Yəh 17:6-19) və bütün imanlılar (Yəh 17:20-26) üçün dua edir. Əzab çəkməzdən əvvəl (Luka 22:39, 46), ölərkən isə düşmənləri üçün dua edir (Luka 23:34).
İsa Ataya tabe olaraq dua edir. Ata Onun missiyasını canlandırır: “Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır” (Yəh 4:34). Onun üçün Ata ilə gizli ünsiyyət sevinc və tərifin mənbəyidir: “Ey yerin-göyün Sahibi olan Ata!… Atam tərəfindən hər şey Mənə təslim edildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi hər kəsdən başqa heç kim tanımaz” (Mat 11:25-27). Ataya müraciət edilən dua İsanın yer üzündəki həyatının nəfəsi olub. Baxmayaraq ki, İsa gəlib bizimlə yaşadı, O heç vaxt Atanın evini tərk etmədi, yəni duada Onunla ünsiyyətdən ayrılmadı. Digər tərəfdən bu Oğul birliyi hətta Çarmıxda ölümədək insanlarla xilasedici və mərhəmətli yaxınlığa çevrildi.

İsanın duası indi də bitmir (müqayisə: İbr 7:25). Evxaristiya Liturgiyasında Baş Kahin Məsih Öz fidyə olan Qurbanını Ataya təqdim edir. Kilsə olan Öz Bədəni ilə bu Qurbanı təqdim edir. Bizim hər bir duamız Ataya “Rəbbimiz Məsih vasitəsilə” yüksəldilir. Məhz Məsih duası bütün bizim gizli və ucadan etdiyimiz dualarımızı möhkəmlədir. Kilsə dua edəndə Oğul Atanın dizlərini qucaqlayır. Övladların duası İlk Oğul vasitəsilə Ataya çatır. Tərif, xahiş dualarında yüksəlmiş milyonlarla əl mövcuddur; dua edən səs isə birdir – bu, Oğulun səsidir. Şəkildə Getsamani bağında dua edən İsa təsvir olunub. O, bəşəriyyətin xilası üçün Ataya ali tabeçilikdə Əzabların acı kasasını qəbul edir.
Rozari

Sevincli sirlər

1. Məryəmə Xoş Xəbərin verilməsi
2. Bakirə Məryəmin Elizavetə baş çəkməsi
3. İsa Məsihin doğulması
4. Həsretmə
5. Yeniyetmə İsanın Məbəddə taplması
Nurlu sirlər

1. Rəbb İsanın İordan çayında vəftizi
2. İsa Qanadakı toyda ilk möcüzəsini edir
3. Alladın Səltənətinin vəzi və Allaha tərəf donməyə çağırış
4. İsa Məsihin surətinin dəyişilməsi
5. Evxaristiyanın təyin edilməsi
Qəmli sirlər

1. Getsemanidə dua
2. Qamçılanma
3. Tikanlı tacın qoyulması
4. Çarmıx yolu
5. İsa Məsihin çarmıxa çəkilməsi
İzzətli sirlər

1. Dirilmə
2. Göylərə yüksəlmə
3. Müqəddəs Ruhun enməsi
4. Məryəm ananın göyə çəkilməsi
5. Bakirə Məryəmin səmavi izzəti ilə taclanması


Həvarilərin Kredosu

İman edirəm. Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha ve Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış,
külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm. Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına,
bədənin dirilməsinə, əbədi həyata iman edirəm.
Amin.

Nikeya-Konstantinopol Kredosu

İman edirəm – bir tək Allaha inanıram. Yerin və göyün, görünən və görünməyən bütün varlığları yaradan, Külli-İxtiyar Ata Allaha inanıram. Əzəldən Atadan dünyaya gəlmiş, Allahın yeganə Oğlu, bir tək Rəbb olan Məsih İsaya inanıram.
O, Allahdan Allah, Nurdan Nur, Həqiqi Allahdan Həqiqi Allahdır.
O, doğulmuş, lakin yaradılmamışdır,
Ata ilə eynidir və hər şey onun vəsitəsi ilə yaradılmışdır. Biz, insanlara görə və bizi xilas etmək naminə göydən enmiş, Müqəddəs Ruhun qüdrətilə Bakirə Məryəmdən Vücüd alıb insan olmuşdur. Pontius Pilatus vaxtında bizim üçün acı çəkərək çarmıxa çəkilmiş, ölmüş, dəfn edilmiş və Müqəddəs Yazılara görə üç gündən sonra dirilmişdir. Göyə çıxmış və Atanın sağında oturmaqdadır. Diriləri və ölüləri mühakimə etmək üçün təkrar gələcək və Onun padşahlığı heç vaxt sona çatmayacaqdır.
Peyğəmbərlər vasitəsi ilə danışmış olan Ata və Oğuldan gələn,
Ata və Oğul ilə birlikdə sitayiş edilən və ucaldılan,
həyatın qaynağı və Rəbb olan, Müqəddəs Ruha inanıram.
Və Bir olan, Müqəddəs, Ümum-dünya (katolik) və Həvari Kilsəsinə inanıram. Günahların əfv edilməsi üçün tək bir vəftizi qəbul edirəm, ölülərin dirilişini
və əbədi həyatı gözləyirəm.
Amin.

>>> Türk dilində dualar <<<
Save

Save

Save

Save

Leave a Reply

Your email address will not be published.