Müqəddəs Ailə Bayramı “B” ili

Gn 15, 1-6; 21, 1-3 

Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».

İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq».

Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.  Continue reading

Milad bayramı (gündüz)

https://i.pinimg.com/736x/21/12/1e/21121e5e31a62007db4a862c06b0f18d--christmas-nativity-scene-christmas-jesus.jpg

Yeş 52, 7-10

Sülh xəbəri gətirən, dağları aşıb-gələn Müjdəçinin ayaqları necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.

Qulaq asın! Keşikçilər səslərini ucaldır, birlikdə mədh oxuyur, çünki Rəbbin Siona qayıdışını öz gözləri ilə görür. Ey Yerusəlim xarabalıqları, şənlik edin, birlikdə mədh oxuyun, çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Rəbb bütün millətlərin gözləri önündə müqəddəs qolunu çırmaladı, dünyanın bütün ucqar yerləri Allahımızın gətirdiyi xilası görəcək.
Continue reading

Milad bayramı (gecə)

 

 

 

http://www.scriptureandprophecy.com/wp-content/uploads/2017/12/Christmas-Natvitiy.jpg

Yeş 9, 2-4. 6-7

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət Onun çiyinləri üzərində olacaq, Onun adı ecazkar, məsləhətçi, qüdrətli Allah, əbədi Ata, əmin-amanlıq Hökmdarı olacaq. Hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, O, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.
Continue reading

4-cü Rəbb günü Advent dövründə “B ili”

2 Şam 7, 1-5. 8b-12. 14a. 16 http://gbod-assets.s3.amazonaws.com/legacy/kintera-images/worship/Worship_Advent-Wreath4_2015.jpg

Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir http://cdn.dominicans.ie/wp-content/uploads/2011/12/henry_ossawa_tanner_-_the_annunciation.jpgçadırda qalır». Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».
Continue reading

Milad Bayramı 2017, dua cədvəli

24. Dekabr 2017 (Bazar günü), 4-cü Rəbb günü Advent dövründə
9:30 / 11:00 / 13:00 Müqəddəs messalar (rusca, ingiliscə, rusca)

24. Dekabr 2017 (Bazar günü), Milad ərəfəsi
21.00 Müqəddəs messa (rusca)
24:00 Müqəddəs messa (ingiliscə)

25. Dekabr 2017 (Bazar ertəsi), Milad Bayramı (İsa Məsihin doğulması)
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)
19:00 Müqəddəs messa (rusca & ingiliscə)

31. Dekabr 2017 (Bazar günü), Müqəddəs Ailə Bayramı
  9:30 Müqəddəs messa (rusca)
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)

1. Yanvar 2018 (Bazar ertəsi), Məryəm Ananın Bayramı
11:00 Müqəddəs messa (ingiliscə)
13:00 Müqəddəs messa (rusca)
19:00 Müqəddəs messa (rusca & ingiliscə)

5. Yanvar 2018 (Cümə günü), Epifaniya Bayramın ərəfəsi
19:00 Müqəddəs messa (rusca) (Gənclik)
19:00 Müqəddəs messa (ingiliscə) (Xətai)

6. Yanvar 2018 (Şənbə günü), Epifaniya Bayramı (Rəbbin zühuru)
14:00 Rozari & Müqəddəs messa (rusca)
18:00 Müqəddəs messa (ingiliscə)

3-cü Rəbb günü Advent dövründə “B ili”

Yeş 61, 1-2a. 10-11 

Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi. Qəlbləri sınıq olanların yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan etmək üçün, yaslıların hamısına təsəlli vermək üçün, Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, çünki çələnglə bəzənmiş bəy kimi, bər-bəzək taxmış gəlin kimi mənə qurtuluş geyimi geyindirdi, salehlik libası ilə bürüdü. Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında Salehliyi və həmdi belə yetişdirəcək.  Continue reading

2-ci Rəbb günü Advent dövründə “B ili”

Yeş 40, 1-5. 9-11 

Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin! Yerusəlim sakinlərinə təskinlik verən sözlər söyləyin! Əsirlik dövrünün qurtarmasını, təqsirlərinin əvəzinin verilməsi bütün günahlarına görə Rəbbin əlindən ikiqat cəza aldıqlarınıonlara bəyan edin». Bir nəfərin nida səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. Hər dərə yüksəldiləcək, hər dağ və təpə aşağı endiriləcək, yoldakı əyriliklər düzələcək, kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, ucalt səsini, car çək, qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» Budur, Xudavənd Rəbb Öz qüvvəsi ilə gəlir, O, qüdrətlə hökm edəcək, mükafatı Onunladır, ənamı önündədir. O Öz sürüsünü çoban kimi otaracaq, quzuları qucağına alacaq, sinəsində gəzdirəcək, sağmal heyvanların qayğısını çəkib otaracaq.  Continue reading

1-ci Rəbb günü Advent dövründə “B ili”

Yeş 63, 16d-17. 19de; 64, 3-8 

Atamız Sənsən, ya Rəbb, əzəldən bəri adın «Bizi Satınalan»dır. Nə üçün, ya Rəbb, bizi yolundan azdırırsan, Səndən qorxmayaq deyə qəlblərimizi inadkar edirsən? Qullarının xatirinə, irsin olan qəbilələrinin xatirinə geri dön. Əzəldən bəri heç vaxt Hakimlik etmədiyin xalqa bənzədik, sanki Sənin adına bağlı xalq olmamışıq. Sən gözləmədiyimiz əzəmətli işlər edəndə endin yer üzünə, dağlar önündə sarsıldı. Ona etibar edənlər üçün belə işlər edən Allahı, əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib. Saleh işlərə sevinclə əməl edənləri, Sənin yolunla gedib Səni xatırlayanları Sən qarşılayırsan.  Continue reading

34-cü Rəbb günü Adi dövrdə: Məsih – Padşah

Yez 34, 11-12. 15-17 

Xudavənd Rəbb belə deyir: “Mən Özüm qoyunlarımı soruşub axtaracağam. Dağılışmış qoyunlarının arasında olan bir çoban sürüsünü necə yoxlayırsa, Mən də qoyunlarımı eləcə yoxlayacağam. Buludlu və qaranlıq bir gündə ətrafa səpələndikləri hər yerdən onları qurtaracağam. Sürümü Mən Özüm otaracağam, onları Mən Özüm yatıracağam” Xudavənd Rəbb belə bəyan edir.  Continue reading

33-cü Rəbb günü Adi dövrdə “A”ili

Süleymanın Məsəlləri (31, 10-13. 19-20. 30-31) 

Xeyirxah arvad tapan kimdir? O, yaqutlardan daha qiymətlidir, ərinin qəlbi ondan arxayındır, dayanmadan bərəkət qazanır. Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir, yunu, kətanı tapıb seçir, əlindən hər iş zövqlə gəlir. Əlləri ilə cəhrə əyirir, iyini bərkidir. Məzlumlar üçün əliaçıqdır, fəqirlərə əl tutur. Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir, yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. Ona əlinin bəhrəsini verin, qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.  Continue reading