Müqəddəs Yazılar (Bibliya)

Rəbb günü oxunuşları

  • Müqəddəs Üçlük Bayramı C ili

    Süleymanın Məsəlləri Kitabından Sözlər (Süleyman Kit 8, 22-31) Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə […]

    Read more Müqəddəs Üçlük Bayramı C ili

    Pentikost Bayramı C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 2, 1-11) Əllinci gün, (pentikost= Pasxa bayramından sonra əllinci gün qeyd edilir), bayram zamanı onların hamısı bir yerə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs […]

    Read more Pentikost Bayramı C ili
  • İsa Məsihin Göyə yüksəlişi bayramı C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 1, 1-11) Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. […]

    Read more İsa Məsihin Göyə yüksəlişi bayramı C ili

    6-cı Rəbb günü Pasxa dövründə C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 15, 1-2. 22-29) Yəhudeyadan gələn bəzi adamlar Antakyadakı qardaşlara belə təlim öyrədirdi: «Əgər siz Musanın qoyduğu adətə görə sünnət olmasanız, xilas ola bilməzsiniz». Paul və Barnaba bu adamlarla çox çəkişib mübahisə etdi. Nəhayət qərara alındı ki, Paulla Barnaba digər qardaşlardan bir neçəsini götürərək Yerusəlimə gedib bu sual ətrafında həvarilər və […]

    Read more 6-cı Rəbb günü Pasxa dövründə C ili
  • 5-ci Rəbb günü Pasxa dövründə C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 14, 21-27) Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyalı Antakyaya qayıtdı. Şagirdlərini ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirdilər və dedilər: «Allahın səltənətinə çoxlu çətinliklərdən keçib girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə […]

    Read more 5-ci Rəbb günü Pasxa dövründə C ili

    4-cü Rəbb günü Pasxa dövründə C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 13, 14.43-52) Paul və Barnaba yollarına davam edib Pergedən Pisidiyalı Antakyaya çatdı. Şənbə günü sinaqoqa girib oturdular. Sinoqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət […]

    Read more 4-cü Rəbb günü Pasxa dövründə C ili
  • 3-cü Rəbb günü Pasxa dövründə C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 5, 27b-32.40b-41) Baş kahin həvarilərdən soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha tabe olmaq daha vacibdir. Ata-babamızın Allahı sizin ağaca mıxlayıb öldürdüyünüz İsanı diriltdi. […]

    Read more 3-cü Rəbb günü Pasxa dövründə C ili

    2-ci Rəbb günü Pasxa dövründə C ili

    Həvarilərin işləri kitabından sözlər (Həv 5, 12-16) Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın Eyvanına yığılardı. Xalq onlara böyük rəğbət bəsləsə də, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin […]

    Read more 2-ci Rəbb günü Pasxa dövründə C ili
  • PASXA BAYRAMI

    Həvarilərin işləri kitabından sözlər (Həv 10, 37-43) Peter sözə başlayıb dedi: «Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və […]

    Read more PASXA BAYRAMI

    PASXA ƏRƏFƏSİ

    1. Oxunuş: İnsanın yaradılışı. (Yaradılış 1,1.26-31,2,1-2) Başlanğıcda Allah göyləri və yeri yaratdı. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin».

    Read more PASXA ƏRƏFƏSİ