İsa Məsihin vəftiz bayramı A ili

Yeş 42, 1-4. 6-7 Image result for baptism of the lord

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək. «Mən Rəbb salehliyimlə səni çağırdım, sənin əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.

Z 29, 1a+2. 3ac-4. 3b+9c-10

Nəqarat: Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir.

Ey ilahi varlıqlar, Rəbbə verin izzəti, qüdrəti Rəbbə verin! Adına layiq olan izzəti Rəbbə verin, müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

Rəbbin səsi suların üzərindədir, Rəbb ümman suların üzərindədir. Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir.

Ehtişamlı Allah, gurlar, məbədində hamı deyər: «Ehtişamlısan!» Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.

Həv İş 10, 34-38

Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah insanların şəxsiyyətinə baxmır. Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub haqq iş görür, Ona məqbuldur. O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə sülh müjdələdi. Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi.

Mt 3, 13-17

O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər Ona açıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam».