COVİD-19 PANDEMİYASI ZAMANI AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN FƏALİYYƏTİ

Azərbaycanda Katolik Kilsəsi pandemiya zamanı cari karantin qaydalarına əsasən fəaliyyətini davam etdirir.

Pandemiya və onunla bağlı sərt karantin zamanı Bakının Məryəm Ana kilsəsində icdimai ibadətlərin keçirilməsi dayandırılıb. Lakin biz bütün imanlıları öz mənəvi və iman həyatlarını şəxsi dua, Bibliyanı oxumaq, fərdi görüşlər və Müqəddəs Sirrləri qəbul etmək vasitəsilə, cari vəziyyətə uyqun olaraq inkişaf etdirməyə çağırırırq.  

Müqəddəs Messa hər Bazar Günü (Rəbbin Günü) saat 13.00-da yepiskopun şəxsi ibadətgahından canlı olaraq yayımlanır.  

Hal hazırdakı vəziyyətdə Xətai rayonunda yerləşən Məryəm Ana kilsəsi hər həftə, çərşənbə axşamı-bazar günü, saat 10:00-dan 17:00-dək yalnız fərdi dua və ya keşiş ilə fərdi görüş üçün, Müqəddəs Sirrləri qəbul etmək üçün açıqdır. Kilsəyə daxil olarkən bütün müvafiq sanitar və karantin qaydalarına riayət edilməlidir.