AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 21 MART 2021 CI İL – 5 ci RƏBB GÜNÜ ORUC DÖVRÜ

21 MART 2021-CI IL, 5 ci RƏBB GÜNÜ ORUC DÖVRÜN ELANALARI


Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı

Mövcud vəziyyətdə pandemiya mühiti bizi bu həftə infeksiyanın yayılmasının qarşısını almaq üçün kilsələrimizi bağlamağa məcbur edir. Vəziyyətin yaxşılaşacağını və tezliklə heç olmasa şəxsi dua üçün kilsələri aça biləcəyimizə ümid edirik.
Kilsəni ziyarət etmək, müqəddəs ayinləri qəbul etmək, və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.
Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11: 00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

23 Mart çərşənbə axşamı günü, Müqəddəs yepiskop Mogroveyalı Turibiusun xatirə günüdür.

25 Mart cümə axşamı günü, Məryəmə xoş xəbərin verilməsi bayramıdır.

28 Mart bazar günü, 6 cı Rəbb günü, İsa Məsihin Yerusəlimə giriş bayramıdır.