2-ci Rəbb günü Adi dövrdə                                                                     “A”ili

2-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeş 49, 3. 5-6

Rəbb mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».  Read more about 2-ci Rəbb günü Adi dövrdə “A”ili

İsa Məsihin vəftiz bayramı                                                                                       A ili

İsa Məsihin vəftiz bayramı A ili

Yeş 42, 1-4. 6-7 Image result for baptism of the lord

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq. Əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. O, yer üzündə ədaləti quranadək ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək. «Mən Rəbb salehliyimlə səni çağırdım, sənin əlindən tutacağam, səni qoruyacağam, səni xalqım üçün əhd edəcəyəm, millətlərə nur edəcəyəm ki, korların gözlərini açasan, zindandan dustaqları, zülmətdə, həbsxanada oturanları azad edəsən.

Read more about İsa Məsihin vəftiz bayramı A ili

EPİFANİYA BAYRAMI  (yəni Rəbbin zühuru)

EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

Peyğəmbər Yeşayanın kitabından sözlər (Yeşaya 60, 1-6)

Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər Sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Read more about EPİFANİYA BAYRAMI (yəni Rəbbin zühuru)

MÜQƏDDƏS AİLƏNİN BAYRAMI                                                               A ili

MÜQƏDDƏS AİLƏNİN BAYRAMI A ili

Siraq kitabından sözlər (Siraq 3, 2-6, 12-14)

Rəbb övladlar üzərində ataya şərəf vermişdir, oğullar üzərində anaya haqq vermişdir. Atasına ehtiram göstərən kəsin günahları bağışlanır. Anasına hörmət edən kəs sərvət əldə edən adam kimidir. Atasına ehtiram göstərən öz uşaqlarından sevinc tapacaq. Dua etdiyi gün yalvarışı eşidiləcək. Atasına hörmət edənin ömrü uzun olar, anasına rahatlıq verən Rəbbə itaət etmiş olur. Övladım, atan qocalanda ona kömək ol, ömrü boyu onu kədərləndirmə. Əgər valideynin ağlı zəifləyirsə, ona iltifat göstər, özün tam sağlam ikən ona həqarətlə yanaşma. Çünki ataya göstərilən mehribanlıq unudulmaz, günahların nəticəsində dağılan həyatın bərpa olar.  Read more about MÜQƏDDƏS AİLƏNİN BAYRAMI A ili

MİLAD BAYRAMI 2019, DUA CƏDVƏLİ

MİLAD BAYRAMI 2019, DUA CƏDVƏLİ

24. Dekabr 2019 (Çərşənbə axşamı), Milad ərəfəsi 20.30 Milad konserti 21.00 Müqəddəs messa (rusca, azəricə) 24:00 Müqəddəs messa (ingiliscə) 25. Dekabr 2019 (Çərşənbə), Milad Bayramı (İsa Məsihin doğulması) 11:00 Müqəddəs messa (ingiliscə) 13:00 Müqəddəs messa (rusca) 19:00 Müqəddəs messa (rusca & ingiliscə) 31. Dekabr 2019 (Çərşənbə axşamı) 24:00 Müqəddəs messa (ingiliscə) 1. Yanvar 2020 (Çərşənbə), […]

4-cü Rəbb günü Advent dövründə                                                             A ili

4-cü Rəbb günü Advent dövründə A ili

Yeş 7, 10-14

Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm».

Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.  Read more about 4-cü Rəbb günü Advent dövründə A ili

3-cü Rəbb günü Advent dövründə                                                                          A ili

3-cü Rəbb günü Advent dövründə A ili

Yeş 35, 1-6b. 10

Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-cəlalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin.

Ürəklərində qorxanlara deyin: «Cəsarətlənin, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» Read more about 3-cü Rəbb günü Advent dövründə A ili

2-ci Rəbb günü Advent dövründə                                                               A ili

2-ci Rəbb günü Advent dövründə A ili

Yeş 11, 1-10

Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq. O, Rəbb qorxusunda sevinc tapacaq. Gözlərinin gördüyü ilə hökm etməyəcək, qulağı ilə eşitdiyinə görə qərar çıxarmayacaq. Lakin O, yoxsullara haqq ilə hökm edəcək, yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Read more about 2-ci Rəbb günü Advent dövründə A ili

1-ci Rəbb günü Advent dövründə                                                                                                               A ili

1-ci Rəbb günü Advent dövründə A ili

Yeş 2, 1-5

Son günlərdə Rəbbin evi olan dağ dağların zirvəsində möhkəm duracaq, təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin, biz Onun yolu ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.  Read more about 1-ci Rəbb günü Advent dövründə A ili

34-cü Rəbb günü Adi dövrdə –  İsa Məsih, kainatın padşahı                    C ili

34-cü Rəbb günü Adi dövrdə – İsa Məsih, kainatın padşahı C ili

2 Şam 5, 1-3

İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.
Read more about 34-cü Rəbb günü Adi dövrdə – İsa Məsih, kainatın padşahı C ili