2-ci Rəbb günü Oruc dövründə                                                                                  C ili

2-ci Rəbb günü Oruc dövründə C ili

Yaradılış 15, 5-12. 17-18 

Rəbb İbramı bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı. Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» Read more about 2-ci Rəbb günü Oruc dövründə C ili

1-ci Rəbb günü Oruc dövründə                                                                                   C ili

1-ci Rəbb günü Oruc dövründə C ili

Qanunun Təkrarı 26, 4-10

Musa dedi: Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun. Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi. Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər. Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü. Read more about 1-ci Rəbb günü Oruc dövründə C ili

8-ci Rəbb günü Adi dövrdə                            C ili

8-ci Rəbb günü Adi dövrdə C ili

Sirax 27, 4-7 Ələyi yelləyəndə zir-zibil qalar, eləcə də insan danışarkən qüsurları bəlli olar. Soba dulusçunun qabını sınaqdan keçirər, eləcə də insan öz söhbətindən sınanar.Ağaca necə qulluq edildiyi onun bəhərindən məlum olar, eləcə də insanın ağlının düşüncələrini sözləri üzə çıxarar. Bir adamın danışmağından qabaq onu tərifləmə, çünki sözləri vasitəsilə sınaqdan keçiriləcək. Z 92, 1-2. 12-13. […]

7-ci Rəbb günü Adi dövrdə                             C ili

7-ci Rəbb günü Adi dövrdə C ili

 

.

1 Şam 26, 2. 7-9. 12-13. 22-23

Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. Davud və Avişay gecə xalqın yanına çatdılar və budur, Şaul ordugahın içərisində yatıb yuxuya getmişdi, nizəsi isə başı üstündə yerə sancılmışdı. Avnerlə xalq isə onun ətrafında yatırdı. Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın». Davud Avişaya dedi: «Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?» Read more about 7-ci Rəbb günü Adi dövrdə C ili

6-cı Rəbb günü Adi dövrdə                             C ili

6-cı Rəbb günü Adi dövrdə C ili

Yeremya 17, 5-8

Rəbb belə deyir: «O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır, ürəyi Rəbdən ayrılır. O, çöldəki yulğun ağacı kimi olacaq, xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə heç kəs yaşamayan şoranlıqda sakin olacaq. Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz». Read more about 6-cı Rəbb günü Adi dövrdə C ili

5-ci Rəbb günü Adi dövrdə                            C ili

5-ci Rəbb günü Adi dövrdə C ili

Yeşaya 6, 1-8

Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. Onun ətrafında seraflar dayanmışdı. Hər birinin altı qanadı var idi. Qanadının ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtmüş, ikisi ilə uçurdular. Biri o birini səsləyib deyirdi: «Ordular Rəbbi müqəddəsdir, müqəddəsdir, müqəddəsdir! Bütün yer üzü Onun əzəməti ilə doludur». Read more about 5-ci Rəbb günü Adi dövrdə C ili

3-cü Rəbb günü Adi dövrdə                          C ili

3-cü Rəbb günü Adi dövrdə C ili

Nehemya 8, 2-4a. 5-6. 8-10

Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan bütün camaatın qabağına gətirdi.

Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı. Read more about 3-cü Rəbb günü Adi dövrdə C ili

2-ci Rəbb günü Adi dövrdə                             C ili

2-ci Rəbb günü Adi dövrdə C ili

 

Yeşaya 62, 1-5

Salehliyi nur kimi saçanadək, qurtuluşu məşəl tək yananadək Sion naminə susmayacağam, Yerusəlim naminə sakit durmayacağam. Millətlər salehliyini, bütün padşahlar əzəmətini görəcək, Rəbbin ağzından çıxdığı, sənə verdiyi yeni adla çağırılacaqsan. Sən Rəbbin əlində şərəf tacı, Allahının ovcunda padşahlıq çələngi olacaqsan.
Read more about 2-ci Rəbb günü Adi dövrdə C ili

İSA MƏSİHİN VƏFTİZİ  		                    C ili

İSA MƏSİHİN VƏFTİZİ C ili

Yeşaya 42, 1-4. 6-7

Budur, Mənim saxladığım, Ürəyim istəyən seçilmiş qulum! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Çığırmayacaq, səsini qaldırmayacaq, küçələrdə səsi çıxmayacaq, əzilmiş qamışı qırmayacaq, közərən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq. Read more about İSA MƏSİHİN VƏFTİZİ C ili