20-ci Rəbb günü Adi dövrdə                                                                                   C ili

20-ci Rəbb günü Adi dövrdə C ili

Yer 38, 4-6. 8-10

Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın keşikçilər həyətində olan quyusuna atdı. Read more about 20-ci Rəbb günü Adi dövrdə C ili

19-cu Rəbb günü Adi dövrdə 	                                                                           C ili

19-cu Rəbb günü Adi dövrdə C ili

Müdriklik kitabından sözlər (Müdriklik 18, 6-9)

Xilas gecəsi, atalarımıza əvvəlcədən bildirilmişdi. Beləcə, hansı vədlərə güvəndiklərini bilərək, qürur duyub, sevinəcəkdilər. Uca Tanrı, sənin millətin həm yaxşı insanların xilas olunmasını, həm də düşmənlərin aradan götürülməsini gözləyirdi. Bir tərəfdən düşmənlərimizi cəzalandıraraq bizləri öz yanına çağırıb ucaltdın. Dürüst insanların imanlı övladları, evlərində gizlicə qurban kəsdilər və birlikdə bu müqəddəs əhdə çatdılar: bütün düzgün insanlar həm yaxşılıqları, həm də çətinlikləri bölüşəcəkdilər. Həmin an, atalarının şükür ilahilərini oxumağa başladılar. Read more about 19-cu Rəbb günü Adi dövrdə C ili

17-ci Rəbb günü Adi dövrdə 	                                                                                    C ili

17-ci Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 20-32

Rəbb yenə dedi: «Sodom və Homorraya qarşı qalxan fəryad böyük, oranın adamlarının günahı çox ağırdır. Buna görə də aşağı enib baxacağam ki, Mənə çatan fəryadın doğru olub-olmadığını bilim».

O adamlar oradan dönüb Sodoma getdilər, ancaq İbrahim hələ də Rəbbin önündə dururdu. Read more about 17-ci Rəbb günü Adi dövrdə C ili

16-cı Rəbb günü Adi dövrdə 	                                                                             C ili

16-cı Rəbb günü Adi dövrdə C ili

Yaradılış 18, 1-10a 

Mamre palıdının yanında Rəbb İbrahimə göründü; bu zaman o, günün istisində çadırın girəcəyində oturmuşdu. O, başını qaldırıb baxanda qarşısında üç adamın dayandığını gördü. Onları görən kimi çadırın girəcəyindən onları qarşılamağa qaçdı və yerə qədər əyilib dedi: «Ey ağam, əgər indi gözündə lütf tapdımsa, qulunun yurdundan yan keçmə. İndi bir az su gətirərlər, ayaqlarınızı yuyub, ağac altında dincələrsiniz. Mən isə bir parça çörək gətirərəm ki, canınıza qüvvət gəlsin. Ondan sonra gedərsiniz, çünki siz qulunuzun yanından keçirdiniz». Read more about 16-cı Rəbb günü Adi dövrdə C ili

15-ci Rəbb günü Adi dövrdə 	                                                                                    C ili

15-ci Rəbb günü Adi dövrdə C ili

 

Qanunun Təkrarı 30, 10-14

Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün. Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil. Read more about 15-ci Rəbb günü Adi dövrdə C ili

14-cü Rəbb günü Adi dövrdə 		                                                                   C ili

14-cü Rəbb günü Adi dövrdə C ili

Yeşaya 66, 10-14

Yerusəlimlə birgə sevinin, ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, onunla birgə coşun, fərəhlənin! Siz ananız Yerusəlimin döşlərini əmib, təsəlli tapacaqsınız, doyacaqsınız, onun bol nemətlərindən dadıb zövq alacaqsınız. Rəbb belə deyir: «Budur, Mən əmin-amanlığı bir çay tək, millətlərin sərvətini daşqın sel kimi ona sarı axıdacağam. Read more about 14-cü Rəbb günü Adi dövrdə C ili

13-cü Rəbb günü Adi dövrdə 	                                                                             C ili

13-cü Rəbb günü Adi dövrdə C ili

1 Padşahlar 19, 16b. 19-21

Rəbb İlyasa dedi: Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et. İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı. Read more about 13-cü Rəbb günü Adi dövrdə C ili

EVXARİSTİYA BAYRAMI

EVXARİSTİYA BAYRAMI

Yaradılış kitabından sözlər (Yaradılış 14, 18-20)

Onda Salem padşahı Melkisedeq çörək və şərab gətirdi. O, Allah-Taalanın kahini idi. Melkisedeq İbrama xeyir-dua verib dedi: «Göy və yeri yaradan Allah-Taala İbrama xeyir-dua versin. Düşmənlərini sənə təslim edən Allah-Taalaya alqış olsun». İbram bütün qənimətin onda birini Melkisedeqə verdi.

Read more about EVXARİSTİYA BAYRAMI

Müqəddəs Üçlük Bayramı                                                                                           C ili

Müqəddəs Üçlük Bayramı C ili

Süleymanın Məsəlləri Kitabından Sözlər (Süleyman Kit 8, 22-31)

Rəbb Öz yolunun başlanğıcında, hər işindən əvvəl mənə malik oldu. Yaradılışın əzəlindən, dünya yaranmazdan əvvəl mən var idim. Dərin sular olmazdan əvvəl, bol sulu çeşmələr olmazdan əvvəl doğulmuşam. Dağlar yaradılmazdan əvvəl, təpələr mövcud olmazdan əvvəl təvəllüd tapmışam. Rəbb dünyanı, çölü-düzü, torpaqları yaradanda, göyləri yaradanda, dərinliyin üzü üstündə bir dairə çəkəndə, buludları yuxarıda yerləşdirəndə, dərinlikdə bulaqları bağlayanda, sular əmrindən çıxmasın deyə dənizə sədd çəkəndə, yerin bünövrələrini təyin edəndə Rəbbin yanında memar idim. Hər gün fərəhlənirdim, hüzurunda həmişə sevinirdim. Yaratdığı aləmə görə sevinirdim, bəşər övladlarına görə fərəhlənirdim. Read more about Müqəddəs Üçlük Bayramı C ili