14-cü Rəbb günü Adi dövrdə                                                                                                                                                                  “A”ili

14-cü Rəbb günü Adi dövrdə “A”ili

Zəkəriyyə 9, 9-10

Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, həlimdir və bir eşşəyə – eşşəyin balası olan sıpaya minib gəlir. Döyüş arabalarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş kamanları qırılacaq. Padşahınız millətlərə sülh elan edəcək. Onun hökmranlığı dənizdən dənizə, çaydan dünyanın ucqarlarınadək uzanacaq.
Read more about 14-cü Rəbb günü Adi dövrdə “A”ili

13-cü Rəbb günü Adi dövrdə                                                                                                                                                                    A ili

13-cü Rəbb günü Adi dövrdə A ili

2 Pad 4, 8-11, 14-16a

Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi. Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır. Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».
Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı.
Read more about 13-cü Rəbb günü Adi dövrdə A ili

12-ci Rəbb günü Adi dövrdə                                                                                                                                                                     “A”ili

12-ci Rəbb günü Adi dövrdə “A”ili

Yeremiya 20, 10-13

Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, biz də onu mühakimə edək!» deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, ondan qisasımızı alarıq» dedilər. Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, heç vaxt unudulmayacaq. Ancaq, ey Ordular Rəbbi, Sən salehi sınağa çəkirsən, fikri və ürəyi görürsən. Qoy gözüm Sənin onlardan alacağın qisası görsün! Çünki işimi Sənə tapşırdım. Rəbbi tərənnüm edin, Rəbbə həmd edin! Çünki fəqiri zalımların əlindən qurtardı. Read more about 12-ci Rəbb günü Adi dövrdə “A”ili

İsa Məsihin bədəni və qanı                                                                                       A ili

İsa Məsihin bədəni və qanı A ili

Qan Tək 8, 2-3. 14b-16a

Musa xalqa dedi: Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.
Read more about İsa Məsihin bədəni və qanı A ili

MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

Çıxış 34, 4b-6. 8-9

Musa səhər erkən durub, əlində iki daş lövhə tutaraq Sina dağına çıxdı. Rəbb buludun içindən enib orada Musa ilə durdu və Rəbb olan Öz adını bəyan edib Musanın qarşısından keçərək dedi: «Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm. Musa dərhal yerə sərilib Rəbbə səcdə qıldı. Sonra Musa dedi: «Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da təqsirimizlə günahımızı bağışla və bizə sahib ol». Read more about MÜQƏDDƏS ÜÇLÜK BAYRAMI

PENTİKOST BAYRAMI                                                                                                                                                                                  A ili

PENTİKOST BAYRAMI A ili

Həv. İş. 2, 1-11

PENTİKOST günü gəldikdə, onların hamısı bir yerdə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla doldu və Ruhun onlara verdiyi danışma tərzinə uyğun olaraq, başqa-başqa dillərdə danışmağa başladılar. Yerusəlimdə yəhudilər, göy altındakı bütün xalqlardan olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onların onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi. Aralarında deyirdilər: «Bu danışanların hamısı qalileyalı deyillərmi? Bəs necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Read more about PENTİKOST BAYRAMI A ili

İSA MƏSİHİN GÖYƏ QALXMASI BAYRAMI                                                                                                                                          A ili

İSA MƏSİHİN GÖYƏ QALXMASI BAYRAMI A ili

Həv. İş. 1, 1-11

Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə buyruqlar verdi. Ölüm əzabını çəkəndən sonra diri olduğunu həvarilərə çoxlu inandırıcı dəlillərlə göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Səltənəti barədə danışırdı. İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız». Read more about İSA MƏSİHİN GÖYƏ QALXMASI BAYRAMI A ili

6-cı Rəbb günü Pasxa dövründə                                                                            A ili

6-cı Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 8, 5-8. 14-17

Filip də Samariya şəhərinə gəlib oradakılara Məsih barədə bəyan edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar sağalırdı. Ona görə bu şəhərdə bol sevinc var idi. Read more about 6-cı Rəbb günü Pasxa dövründə A ili

5-ci Rəbb günü Pasxa dövründə                                                                              A ili

5-ci Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 6, 1-7

O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladı. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. Ona görə on iki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allah Kəlamını yaymaq işini atıb maddi işlərlə məşğul olmağımız doğru deyil. Ey qardaşlar, aranızda etibar qazanmış, ruh və hikmətlə dolu olan yeddi nəfər seçin ki, onları bu işə təyin edək. Read more about 5-ci Rəbb günü Pasxa dövründə A ili

4-cü Rəbb günü Pasxa dövründə                                                                          A ili

4-cü Rəbb günü Pasxa dövründə A ili

Həv İş. 2, 14a. 36-41

Peter on bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: Ona görə də qoy İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter onlara cavab verdi: «Hamınız tövbə edib İsa Məsihin adı ilə vəftiz olun. Read more about 4-cü Rəbb günü Pasxa dövründə A ili