5-ci Rəbb günü Pasxa dövründə                                                                               C ili

5-ci Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 14, 21-27)

Paulla Barnaba daha sonra Listraya, Konyaya və Pisidiyalı Antakyaya qayıtdı. Şagirdlərini ruhən möhkəmləndirdilər və imanda dönməz olsunlar deyə onları həvəsləndirdilər və dedilər: «Allahın səltənətinə çoxlu çətinliklərdən keçib girməliyik». İmanlılar üçün hər cəmiyyətdə ağsaqqallar seçərək dua və orucla onları inandıqları Rəbbə əmanət etdilər. Pisidiya bölgəsindən keçərək Pamfiliyaya gəldilər. Pergedə Kəlamı yayandan sonra Antalyaya getdilər. Oradan gəmi ilə Suriyadakı Antakyaya qayıtdılar. Onların yerinə yetirəcəkləri xidmət üçün burada Allahın lütfünə əmanət edilmişdilər. Oraya çatanda cəmiyyəti bir yerə yığıb Allahın onlar vasitəsilə nə etdiyini, Yəhudi olmayan millətlərə iman qapısını necə açdığını söylədilər. Read more about 5-ci Rəbb günü Pasxa dövründə C ili

4-cü Rəbb günü Pasxa dövründə                                                                              C ili

4-cü Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 13, 14.43-52)

Paul və Barnaba yollarına davam edib Pergedən Pisidiyalı Antakyaya çatdı. Şənbə günü sinaqoqa girib oturdular. Sinoqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.
Read more about 4-cü Rəbb günü Pasxa dövründə C ili

3-cü Rəbb günü Pasxa dövründə                                                                             C ili

3-cü Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 5, 27b-32.40b-41)

Baş kahin həvarilərdən soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».

Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha tabe olmaq daha vacibdir. Ata-babamızın Allahı sizin ağaca mıxlayıb öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Yolaçan və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə tabe olanlara verdiyi Müqəddəs Ruh da şahiddir». Read more about 3-cü Rəbb günü Pasxa dövründə C ili

2-ci Rəbb günü Pasxa dövründə                                                                              C ili

2-ci Rəbb günü Pasxa dövründə C ili

Həvarilərin işləri kitabından sözlər (Həv 5, 12-16)

Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın Eyvanına yığılardı. Xalq onlara böyük rəğbət bəsləsə də, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi. Buna baxmayaraq get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə küçələrə çıxarıb qoyardı. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı. Read more about 2-ci Rəbb günü Pasxa dövründə C ili

PASXA BAYRAMI

PASXA BAYRAMI

Həvarilərin işləri kitabından sözlər (Həv 10, 37-43)

Peter sözə başlayıb dedi: «Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısına şəfa verdi. Çünki Allah Ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Read more about PASXA BAYRAMI

Rəbbimizin əzabları və ölümünün xatırlanması

Rəbbimizin əzabları və ölümünün xatırlanması

Yeş 52, 13 – 53, 12

Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək. Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, zahirən insan surətindən çıxmışdı. Fəqət O çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq. Çünki onlar bilmədiklərini görəcək, eşitmədiklərini anlayacaq. Xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu? O, Rəbbin önündə bir fidan kimi, quru torpaqda bitən kök kimi böyüdü. Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi, gözümüzü oxşayan zahiri siması da yox idi. Adamlar ona həqarətlə baxıb rədd etdi. O dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Read more about Rəbbimizin əzabları və ölümünün xatırlanması

İsa Məsihin Pasxa yeməyinin xatırlanması

İsa Məsihin Pasxa yeməyinin xatırlanması

Çıxış 12, 1-8. 11-14

Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı İsrail icmasından hər kəs onu kəssin. Read more about İsa Məsihin Pasxa yeməyinin xatırlanması

6-cı Rəbb Günü:  İsa Məsihin Yerusəlimə girişi bayramı.                                 C ili

6-cı Rəbb Günü: İsa Məsihin Yerusəlimə girişi bayramı. C ili

Müqəddəs Luka tərəfindən yazılan İsa Məsihin İncilindən sözlər (Luka 19, 28-40)

İsa bu sözləri deyib qabaqda yeriyərək Yerusəlimə doğru qalxdı. Zeytun dağı adlanan dağın yamacında yerləşən Bet-Faqe ilə Bet-Anyaya yaxınlaşarkən Öz şagirdlərindən ikisini göndərdi. O dedi: “Qarşınızdakı kəndə gedin. Oraya girəndə indiyə qədər heç kəsin minmədiyi bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. Kim sizdən soruşsa: Nə üçün sıpanı açırsınız?, ona belə deyərsiniz: Bu sıpa Rəbbə lazımdır”.
Read more about 6-cı Rəbb Günü: İsa Məsihin Yerusəlimə girişi bayramı. C ili

5-ci Rəbb günü Oruc dövründə                                                                                C ili

5-ci Rəbb günü Oruc dövründə C ili

Yeşaya 43, 16-21

Dənizdə və azğın sularda yol, riz açan, atlarla döyüş arabalarını, igid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir: «Onlar yıxılıb, qalxa bilməyəcək, basdırılıb piltə kimi söndürüldü. Əvvəlki şeyləri yada salmayın, köhnə hadisələr barəsində düşünməyin. Budur, Mən təzə bir şey edirəm, o artıq baş verir, məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, quru torpaqda çaylar yaradacağam. Mənim seçdiyim xalqıma su içirtmək üçün çöllükdə su verdiyimə görə, quru torpaqda çaylar yaratdığıma görə, vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları Məni ucaldacaq. Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin. Read more about 5-ci Rəbb günü Oruc dövründə C ili